Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə119/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   115   116   117   118   119   120   121   122   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

115



♦  ekspertlər üçün hüququn əsasları və cinayət mühakimə icraatı 

işinin təşkili üzrə  məhkəmə-tibbi ekspertizanın təşkili və prosessual 

məsələlər üzrə mühazirə və tematik məşğələlərin keçirilməsi; 

♦  ekspert idarəsində müstəntiqlərin və əməliyyat işçilərinin qısa 

müddətli fərdi hazırlıq keçməsi; 

♦  qarşılıqlı məsləhət və məlumat dəstəyi - müstəntiqləri xüsusi 

məhkəmə-tibbi məsələlər üzrə, ekspertləri istintaq hərəkətləri və 

ekspertizaların təyin edilməsinin, keçirilməsinin hüquqi aspektləri

ekspert rəyinin qiymətləndirilməsi üzrə; 

♦  birgə elmi-təcrübi və tədqiqat işlərinin keçirilməsi: məhkəmə-

tibbi və kriminalistik ekspertizanın aktual problemlərinin və cinayət 

mühakimə icraatında xüsusi biliklərin istifadəsinin hüquqi 

tənzimlənməsi məsələlərinin kompleks şəkildə elmi tədqiqi; 

♦  birgə elmi-praktiki konfrans və seminarların təşkili və 

keçirilməsi; 

♦  metodik tövsiyələrin, məlumat məktublarının, yaddaş 

kitabçalarının, elmi işlər toplularının və digər materialların birgə 

hazırlanması və nəşri. 

Hüquq-mühafizə orqanlarının və  məhkəmə-tibbi xidmətin 

qarşılıqlı əlaqə formaları, bir qayda olaraq, bir neçə istiqaməti əhatə 

edir və  bu  da  təqdim olunmuş qarşılıqlı  əlaqə sisteminin 

effektivliyinin göstəricilərindən biridir. Belə icra qaydasında həmin 

sistem, müxtəlif təşkilatların ekspert strukturlarının təşkilati,  ştat, 

həmçinin, maliyyə çevikliyini, güc və vasitələrin operativ hazırlığını 

və mobilliyini, cinayət mühakimə icraatında xüsusi məhkəmə-tibbi 

biliklərdən istifadənin səmərəliliyini və etibarlı idarə olunmasını tam 

təmin edir.  

Yuxarıda sadalanan bütün qeyri-prosessual iş formaları ekspert 

idarəsində  əməkdaşların vəzifə borclarının, təşkilatdaxili normativ 

aktlar və ya müqavilə  əsasında müəyyən edilmiş qaydalarla həyata 

keçirilir. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin