Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə120/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   516
 

Şakir Musayev  

 

116



BÖLMƏ II   

MƏHKƏMƏ-TİBB EKSPERTİNİN (MƏHKƏMƏ-

TƏBABƏTİ SAHƏSİNDƏ MÜTƏXƏSSİSİN) 

PROSESSUAL HƏRƏKƏTLƏRDƏ İŞTİRAKININ 

TƏŞKİLATİ VƏ METODİK ƏSASLARI 

 

FƏSİL 6. İSTİNTAQ VƏ MƏHKƏMƏ 

HƏRƏKƏTLƏRİNDƏ MƏHKƏMƏ-TİBB 

EKSPERTİNİN (MÜTƏXƏSSİSİN) İŞTİRAKININ 

ÜMUMİ QAYDALARI 

Cinayət mühakimə icraatında məhkəmə-tibbi biliklərdən 

istifadənin praktiki formalarının təşkilati və metodik əsasları müxtəlif 

təkmilləşdirmə  dərəcəsinə malikdir. Məhkəmə-tibbi ekspertizanın 

hüquqi nizamlanması, təyini, təşkili və icrası, hadisə yerinə və meyitə 

baxışın, ekshumasiyanın keçirilməsi və  şəxsin müayinəsi kimi 

istintaq hərəkətlərində mütəxəssislərin iştirakı məsələləri daha ətraflı 

elmi işlənilərək lazımi qaydaya salınmışdır. Son illərdə alimlər və 

praktiki işlə  məşğul olan mütəxəssislər tərəfindən istintaq 

eksperimentinin keçirilməsində 

məhkəmə-tibbi xidmətin 

imkanlarından istifadə olunmasına xüsusi diqqət xeyli artmışdır. 

Xüsusən kütləvi insan qırğınlarına səbəb olan müxtəlif ekstremal 

şəraitlərdə meyitlərin tanınması  işinin təşkilində  məhkəmə-tibbi 

xidmətin rolu və  vəzifəsi böyük elmi maraq yaratmışdır. Bununla 

yanaşı, ekspertlərin (mütəxəssislərin) məhkəmə-tibb fəaliyyətinin 

təcrübədə geniş yayılmış digər formaları dindirilmə keçirilməsində, 

müqayisəli müayinə üçün nümunələrin götürülməsində və ifadələrin 

yoxlanılmasında iştirakı  məhkəmə-tibbi  ədəbiyyatlarda lazımi 

dərəcədə öz əksini tapmamışdır və hərtərəfli öyrənilməmişdir.  

Məhkəmə-təbabəti və kriminalistikaya aid dərslik və 

monoqrafiyalarda məhkəmə-təbabəti sahəsində mütəxəssisin istintaq 

hərəkətlərində  iştirakına dair ətraflı metodik məlumatlar yoxdur. 

Məhkəmə tibbi fəaliyyətin bu aspektlərinə aid məlumatlara ümumi və 

yaxud az yer verilmişdir. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin