Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
117
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi
Ekspertiza və Patoloji Anatomiya» Birliyinin çoxillik ekspert
təcrübəsinin nəticələrindən, təcrübəmizdən və xüsusi ədəbiyyat
mənbələrindəki məlumatların ümumiləşdirilmiş təhlilindən istifadə
edərək, qeyd olunan problemlərin sistemli və elmi-praktik şərhini
verməyə cəhd etmişik.
6.1. Prosessual hərəkətlərin məhkəmə-tibbi
xarakteristikası. Ekspert (mütəxəssis) işinin
prinsipləri, funksiyaları və metodları.
İstintaq hərəkətlərinin keçirilməsinin prosessual-hüququ və
təşkilati-taktiki
əsaslarının ümumi məsələlərinin həlli
hüquqşünasların səlahiyyətinə aiddir. Prosessual hərəkətlərin
məhkəmə tibbi xarakteristikasından danışıldıqda, ekspert və ya
mütəxəssis funksiyaları ilə bilavasitə bağlı olan problemlərin
aspektləri araşdırılır və onların həll etdikləri məsələlərin spesifikliyi
ilə xarakterizə olunur.
Mütəxəssisin prosessual statusunun vacibliyinə baxmayaraq,
cinayət mühakimə icraatında xüsusi biliklərdən istifadənin
səmərəliliyi, əsasən unikal ixtisas və təşkilatı faktorlarla -
mütəxəssisin səlahiyyətliliyi, elmi araşdırmalar, səmərələşdirici
metodların tətbiqi təşkilati-taktiki prinsiplərin dəqiq yerinə yetirməsi
və istintaq hərəkətinin bütün iştirakçılarının hərəkətlərinin
koordinasiya olunması ilə müəyyən edilir. Adətən müstəntiq istintaq
hərəkətləri keçirilərkən mütəxəssisin lazımi iş
şəraitinin
yaradılmasına, əlavə məlumatların alınmasına, sorğularına və
tövsiyələrinə etiraz etməsi hallarına rast gəlinmir. Mütəxəssisin xahişi
rədd edildikdə o, fəaliyyətinin və qarşısında qoyulan məsələlərin həll
edilməsinin qeyri-mümkünlüyünü müstəntiqə bildirməlidir.
Müstəntiq, mütəxəssisin müvafiq məlumatını istintaq hərəkətləri
protokoluna daxil etməyə borcludur.
Ayrı-ayrı istintaq hərəkətlərinə mütəxəssisin cəlb edilməsinə dair
müvafiq metodik göstərişlərin olmaması və məhkəmə-tibbi xidmətin
|