Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
125
bilmirsə (hadisə yerinin ilkin baxışı, meyitin və şəxsin müayinəsi), bu
və ya digər prosessual hərəkətlərin keçirilməsini, iş metodlarını və
standart məsələlərin müəyyən dairəsinin ümumi qaydalarını bilməsi,
mütəxəssisin işinin operativ xarakterini kompensasiya edəcək.
Qanunvericiliyə görə bəzi istintaq hərəkətlərinin keçirilməsi
barədə müstəntiq mütləq qərar çıxarmalıdır. Bu istintaq hərəkətlərinə
ekspertizanın təyini, meyitin ekshumasiyasının keçirilməsi
(məhkəmənin səlahiyyətinə aiddir), müayinə, müqayisəli tədqiqat
üçün nümunələrin götürülməsi və axtarış aiddir. Bu hallarda qərarda
istintaq hərəkətlərinin keçirilməsinə mütəxəssisin cəlb edilməsi faktı
da göstərilir. Qərarın çıxarılması təbii ki, mütəxəssisin prosessual
statusunu dəyişmir. İstənilən halda onun işi yardımçı, prosessual
tabeçilik xarakteri daşıyır, onun nəticələri müstəntiq tərəfindən
istintaq hərəkəti protokoluna təsbit edilir. Mütəxəssis öz fəaliyyətinin
nəticəsinə əsasən heç bir yazılı rəy tərtib etmir və öz prosessual
vəzifəsinin pozulmasına görə cinayət məsuliyyəti daşımır.
Cədvəl 2. İstintaq hərəkətləri gedişində müstəntiqin
(məhkəmənin) və məhkəmə-təbabəti sahəsində mütəxəssisin qarşılıqlı
əlaqə alqoritmi.
Hərəkətlərin məzmunu və ardıcıllığı
Dostları ilə paylaş: |