Şakir Musayev
134
qərarın olmaması, onun bu hərəkətdə iştirak etməkdən imtina
etməsinə əsas vermir.
Əgər qərar çıxarılmırsa və ya onun surəti təqdim edilə bilmirsə
(məsələn, istintaq sirrinin gizli saxlanılması məqsədilə), müstəntiq
istintaq hərəkətinin keçirilməsini şifahi surətdə, telefonoqramma və
bildiriş vərəqəsi ilə mütəxəssisin nəzərinə çatdırır. Təcrübədə
göstərilən vasitələrlə məhkəmə ekspert idarələrinin ştatlı işçilərini
istintaq hərəkətlərinin keçirilməsinə cəlb edilməsi tez-tez rast gəlinən
haldır. Qərarın və rəsmi bildirişin olması, mütəxəssisi müstəntiqin
sərəncamına göndərməyə idarə rəhbəri üçün əsas olmaqla yanaşı,
mütəxəssisin çağırışa gəlməyinin və istintaq hərəkətində iştirak
etməyinin zəruri olduğunu bildirir.
Ekspert idarəsi rəhbərinin göstərişini və ya müstəntiqin çağırışını
aldıqdan sonra mütəxəssis əvvəl işlə tanış olur, sərəncamında olan
məlumatları və müstəntiqin təqdim etdiyi əlavə materialları öyrənir,
istintaq hərəkətinin keçirilməsinin və özünün orada iştirakının
məqsədini aydınlaşdırır. İş materialları ilə ilkin tanış olmanın
nəticəsi, mütəxəssisdə istintaq hərəkətində iştirak etməsinin qanuna
uyğun olması barədə inam yaratmalıdır. Bunun üçün mütəxəssisin
səlahiyyəti qarşısında qoyulan vəzifələrin müvafiqliyi, uyğun
biliklərin, təcrübənin və texniki təchizatın olması, işin nəticəsində
maraqlı olmaması və kənarlaşdırılması üçün digər qanuni əsasların
olmaması əsas şərtlər hesab edilir.
Mütəxəssis, müvafiq prosessual əsaslar olduqda, istintaq
hərəkətində iştirak edə bilməməsi haqda müstəntiqə şifahi və ya
yazılı məlumat verməyə borcludur.
İş materiallarını öyrənərkən, mütəxəssis yalnız öz fəaliyyətinin
predmetinə bilavasitə aidiyyatı olan məlumatlarla
kifayətlənməməlidir. Keçiriləcək istintaq hərəkətinin gedişində
yoxlanılmalı və dəqiqləşdirilməli hallar haqqında, imkan daxilində
daha tam məlumatlar əldə etməyə, sübutların müxtəlif mənbələri
arasındakı ziddiyyətlər araşdırmağa və məhkəmə-tibbi əhəmiyyətli
məlum faktları sistemləşdirməyə çalışmalıdır.
İş materiallarını öyrəndikdən sonra, mütəxəssisə, istintaq
hərəkətlərinin keçirilməsininin vacibliyi, bu hərəkətlərə onun cəlb
|