Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə139/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   135   136   137   138   139   140   141   142   ...   516
 

Şakir Musayev  

 

136



İstintaqı aparılan cinayətin xüsusiyyətlərindən və istintaq 

hərəkətinin növündən asılı olaraq, onun keçirilmə  şəraitləri 

əhəmiyyətli dərəcədə  dəyişilə bilər. Bunun üçün bir sıra ümumi 

tələblər mövcuddur. Bu tələblərə istintaq hərəkətinin vaxtında 

keçirilməsi, istintaq sirrinin qorunması, mütəxəssislə müstəntiqin 

səmərəli qarşılıqlı 

əlaqəsinin təşkili, prosessual hərəkət 

iştirakçılarının qanuni hüquqlarının qorunması, şərəf və ləyaqətlərinə 

hörmət etmək və sairə aiddir. Belə ki, istintaq hərəkətinin vaxtında 

aparılmaması  və yubandırılması, maddi sübutların itməsinə, hadisə 

yerindəki obyekt və  şərait xüsusiyyətlərinin geridönməz 

dəyişikliklərinə  gətirib çıxara bilər.  Əksinə, istintaq hərəkətlərinin 

vaxtından  əvvəl, hazırlıqsız keçirilməsi onun az effektliliyinə  və ya 

lazımi ilkin məlumatların çatmamazlığından tam nəticəsiz 

qurtarmasına səbəb ola bilər. 

Mütəxəssis fəaliyyətində istintaq sirrinin sərhədini - hədd 

dairəsini təyin etmək planlaşdırmada az əhəmiyyət kəsb etmir.  

İstintaq hərəkəti gedişində  işdə olan sübutların hamısından 

mütəxəssis sərbəst istifadə edə bilər. Mütəxəssisin işdə olan 

sübutlardan hansı birindən istintaq hərəkəti gedişində istifadə edə 

bilməsi və hansı məlumatları istintaq hərəkətinin digər iştirakçılarına 

bildirmək hüququna malik olması, istintaq hərəkətinin aparılmasına 

hazırlıqda müstəntiqlə müzakirə və razılaşdırma predmeti olmalıdır. 

Prosessual hərəkətin hazırlıq mərhələsində müstəntiqlə qarşılıqlı 

əlaqənin təşkilinin uyğunluğunu o vaxt mümkün hesab etmək olar ki, 

mütəxəssis istintaq hərəkətində  iştirakının vacibliyini və  məqsədini

qarşısında qoyulan vəzifələri başa düşür, lazımi elmi-texniki 

vasitələri müəyyən edir, öz işinin üsul və ardıcıllığını fikirləşir. 

Xüsusi mürəkkəb, çox epizodlu cinayət işlərində, iştirakçılar sayca 

çox olduqda və prosessual hərəkətlər silsiləsi keçirildikdə, müxtəlif 

peşə mütəxəssislərinin köməyi ilə qarşıda qoyulan məsələləri həll 

etmək lazım gəldikdə, hazırlığın  əsas ünsürlərini  əks etdirilən qısa, 

yazılı plan tərtib etmək lazımdır. 

Mütəxəssis və müstəntiqin qarşılıqlı  əlaqəsinin alqoritmində 

ikinci mərhələ - istintaq hərəkətinin keçirilməsidir. Bu mərhələdə 

mütəxəssis öz bilik və  təcrübəsindən birbaşa istifadə edir. Onun 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin