Şakir Musayev
138
Müstəntiqin kifayət qədər məhkəmə tibbi hazırlığının olmaması
nəticəsində bəzən mənfi hallara rast gəlinir. Məsələn, hadisə yerinə
gələn, sxematik işləməyə öyrənmiş müstəntiqlər, şablon üzrə baxış
keçirir və meyitə heç kimi yaxın buraxmayaraq, maddi şərait üzrə
protokol tərtib edirlər. Belə halda onlar unudurlar ki, məhkəmə
həkiminin birinci vəzifəsi ölüm faktını təyin etmək və ya lazım
olduqda zərərçəkmişə ilk tibbi yardım göstərməkdir. Ağır travma
almış zərərçəkmişlərdə həyati əlamətlərin aşkar edilməsi heç də
həmişə asan olmur. İstintaq və ekspert təcrübəsində «meyitlərə»
baxış zamanı onların hələ də sağ olması hallarına dəfələrlə rast
gəlinmişdir.
CPM-də (maddə 96) birbaşa göstərilir ki, mütəxəssisin əsas
vəzifəsi sübutların tapılmasında, təsbit edilməsində
və
götürülməsində müstəntiqə kömək göstərməkdir. İstintaq hərəkətinin
növündən asılı olaraq, mütəxəssisin vəzifəsi aşağıdakılardan
ibarətdir: istintaq hərəkətinin keçirilməsi üçün lazımi şəraitin
yaradılmasında müstəntiqə kömək göstərmək, aşkar edilmiş iz və
obyektlərin saxlanmasını təmin etmək; istintaqı aparılan hadisənin
baş verdiyi şəraiti canlandırmaq, xüsusi ləvazimat və yardımçı
texniki vasitələri tətbiq etmək. Müstəntiqin göstərişi və ya icazəsi ilə
mütəxəssis istintaq hərəkəti iştirakçılarından özünə lazım olan
məlumatları ala bilər, eləcə də gördükləri işlər və xüsusi ləvazimatın
təyini, onlardan istifadənin nəticəsi barədə izahlar verə bilər.
İstintaq hərəkətləri gedişində
məhkəmə-tibb sahəsinin
mütəxəssisləri müxtəlif yardımçı alət və vasitələr tətbiq edirlər. Bu
vasitələrin standart dəstinə qayçılar, cərrah bıçağı, maqqaş, şpris,
nevroloji çəkic, əşya şüşələri, tənzif, pambıq, ölçü və hesablama
alətləri (xətkeşlər, santimetr lenti və ya ruletka, termometrlər,
dinamometrlər, saniyəölçənlər, kalkulyator və s.) elektrik sınaq təsiri
generatoru, tuşlama alətləri (dar istiqamətli işıq dəstəsi mənbələri),
nişan qoymaq üçün işlədilən vasitələr (leykoplastır və ya yapışqanlı
lent, qayçılar, markör), işıqlandırma və optiki cihazlar (lupa, fənər və
s.), ultrabənövşəyi və infraqırmızı şüavericilər, izləri götürmək və
müqayisəli nümunələrin alınması üçün işlədilən vasitələr (plastik
kütlələr, gips, talk), kimyəvi reaktivlər və ekspress-diaqnostikanın
|