Şakir Musayev
146
nadir hallarda müstəntiq öz təşəbbüsü ilə mütəxəssis mülahizələrini
protokola qeyd edir ki, bu da sübutu əhəmiyyət kəsb etmir.
Əldə edilmiş nəticələrin yekun qiymətləndirilməsi bir qayda
olaraq müstəntiq tərəfindən istintaq hərəkəti çərçivəsindən kənarda
aparılır. Bu məqsədlə ya ekspertiza təyin edilir və yaxud da ekspert
dindirilə bilər.
Mütəxəssisin fikrini aydınlaşdırmaq üçün eksperti dindirməklə,
ilkin, əlavə ya təkrari ekspertizaların keçirib-keçirilməməsini
müstəntiq və məhkəmə müəyyən edir. Lakin, CPM, müvafiq
prosessual həllin əsasını dəqiq müəyyən etmir. Məsələn, əlavə
ekspertizanın təyin edilməsi (maddə 267) və ekspertin dindirilmə
səbəbləri (maddə 272) praktik olaraq bir-birinə çox uyğundur. Təkrar
ekspertizanın təyin olunması üçün əsaslardan biri olan ekspert rəyinin
əsassızlığı deyildikdə, nəyin başa düşülməsi məcəllədə
açıqlanmamışdır. Buna görə də mütəxəssis (ekspert) bu sualın
həllindən kənarda qalmamalı, öz fikir və mülahizələrini müstəntiqə
və məhkəməyə bildirməlidir. Fikrimizcə, istintaq hərəkəti
nəticələrinin qiymətləndirilməsindən sonra qərar qəbul etmək üçün
aşağıdakı alqoritmi qanunvericiliklə ziddiyyət təşkil etməz.
- əgər prosessual hərəkətin nəticələri ekspert tərəfindən əvvəl
verilmiş rəylə obyektiv ziddiyyət təşkil edirsə, onun əsaslı və düzgün
olmasından şübhələnməyə əsas verir və bu suallar üzrə təkrar
ekspertiza təyin olunmalıdır;
- əgər prosessual hərəkətin nəticəsi kimi, əvvəllər ekspertə məlum
olmayan yeni məlumat ortaya çıxırsa və onun qiymətləndirilməsi
üçün xüsusi tədqiqat lazımdırsa və əvvəllər tədqiq olunmuş iş
materiallarına dair müstəntiqdə yeni suallar yaranırsa, onda əlavə
ekspertiza təyin edilir;
- əgər alınan məlumatlar, onun mahiyyətində əks olunmayaraq,
ekspert rəyini tamamlayır və ya ona əlavələr edilərsə və
mütəxəssisdən xüsusi tədqiqatlar aparılmadan aydınlaşdırılmanı tələb
edirsə, müstəntiq ekspertin dindirilməsini keçirə bilər;
- istintaq hərəkətinin, ekspert nəticələrinin yoxlanılması
məqsədilə keçirildiyi, lakin onların təsdiq edildiyi və heç bir yeni
|