Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
145
müstəntiqin ayrıca imzaları ilə təsdiqlənməlidir (dindirmə aparılarkən
dindirilənin imzası ilə).
Hər hansı bir səbəbdən mütəxəssis protokolu imzalamaqdan
imtina edirsə, bu barədə protokolda müvafiq qeydiyyat aparılır və
müstəntiqin, əgər istintaq hərəkətində müdafiəçi və hal şahidləri
iştirak edirsə, onların imzası ilə təsdiqlənir. Mütəxəssisə protokolu
imzalamaqdan imtina etməsinin səbəblərini izah etmək üçün imkan
verilir və həmin izahat mütləq qaydada protokola qeyd olunur.
Mütəxəssisin vəzifəsi müstəntiqə istintaq hərəkətinin hazırlığında,
keçirilməsində, nəticələrin tərtibində kömək etməsi ilə kifayətlənmir
və bununla onun prosessual fəaliyyəti qurtarmır.
Sübutların qiymətləndirilməsi işdə olan materialların
qeydiyyatına və təhlilinə əsasən təhqiqatçının, müstəntiqin,
prokurorun və məhkəmənin müstəsna hüququdur. Mütəxəssisin
mülahizələri istintaq hərəkəti nəticəsinin düzgün başa düşülməsində,
sübutların əsasını təşkil edən faktiki məlumatların tam, hərtərəfli və
obyektiv qiymətləndirilməsində əhəmiyyətli dərəcədə təhqiqatçıya,
müstəntiqə, prokurora və məhkəməyə köməklik edir. Yəni,
mütəxəssis öz səlahiyyətinə müvafiq olaraq, sübutların mənası haqda
deyil, onların əsasını təşkil edən faktiki məlumatlar haqda öz
mülahizələrini söyləmək hüququna malikdir. İstintaq hərəkəti
nəticəsinin qiymətləndirilməsində mütəxəssisin iştirakı, eyni vaxtda
onun peşəkarlıq səriştəsinin təkmilləşdirilməsinə köməkdir və
növbəti oxşar prosessual hərəkətlər keçirilərkən səhvdən
çəkindirəcəkdir.
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, istintaq hərəkətini
dindirmə, istintaq eksperimenti, ifadələrin yoxlanılması, nümunələrin
götürülməsi ya tanınmaya təqdim etmə, onun nəticələrinin
müzakirəsindən ayrılmalıdır. Nəticədə istintaq edilən hadisənin
gedişinin daha obyektiv və
hərtərəfli araşdırılmasına,
canlandırılmasına və öyrənilməsinə imkan yaranır. İkincisi, yadda
saxlamaq lazımdır ki, istintaq hərəkəti gedişində mütəxəssisin hər
hansı bir fikri olduqca ilkin xarakter daşıyır, müstəntiqin xahişi ilə
ona yalnız şifahi halda deyilə bilər və protokola qeyd olunmur. Çox
|