Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə146/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   142   143   144   145   146   147   148   149   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

143



Hərəkət iştirakçılarına onların prosessual hüquqlarını, vəzifə  və 

məsuliyyətini, istintaq hərəkətlərinin aparılma qaydasını izah 

etdikdən sonra protokola müvafiq qeydiyyatlar aparılır və onların 

şəxsi imzaları ilə təsdiqlənir.  

Mütəxəssis öz vəzifəsini yerinə yetirməkdən imtina etməyə və ya 

boyun qaçırmağa görə məsuliyyət daşıdığı barədə xəbərdar edilir. 

Protokolun təsviri hissəsini tərtib edərkən mütəxəssis prosessual 

hərəkətlərin məzmununu və onların keçirilmə  şəraitini, müəyyən 

edilmiş faktların mahiyyətini və  aşkarlanma üsullarını  dəqiqliklə 

qeyd etməkdə müstəntiqə köməklik göstərir. Mütəxəssis hərəkətinin 

mahiyyəti və ardıcıllığı protokola istintaq hərəkətləri gedişində 

olduğu kimi qeyd edilir. Mütəxəssisin istifadə etdiyi metodların, 

yardımçı texniki vasitələrin  ətraflı xarakteristikası verilir, onların 

tətbiqi nəticələri, yerinə yetirilmiş  hərəkətlər, yenidən müəyyən 

edilmiş  iş üçün əhəmiyyət kəsb edən hallar və faktlar (o cümlədən 

mənfi xarakterli faktlar), hərəkət iştirakçılarının ifadə  və izahatları 

qeyd edilir. 

Protokolun üçüncü yekun hissəsində görülmüş  işin nəticələrinin 

təsbit edilməsinin əlavə texniki vasitələri, onlardan istifadənin şərtləri 

və qaydaları haqqında, hansı obyektlər üçün istifadə olunması, 

həmçinin, alınmış  nəticələr barədə  məlumatlar qeyd edilir. Xüsusi 

yardımçı vasitələrə fotoqrafik alətlər, kino və videoçəkilişləri, səs 

yazıları, qrafik təsbiti vasitə  və  nəticələri (sxem, layihə,  şəkillər) və 

modelləşdirmə (maketlərin, surətlərin, basma izlərinin, iz və 

obyektlərin surətlərinin hazırlanması) aiddir. Foto cədvəllər və 

onların neqativi, kino və video lentlər, stenoqrammalar, 

fonoqrammalar və sxemlər protokola əlavə sayılır və onun əsas 

hissəsi kimi işə tikilir. Protokolda göstərilən vasitələrdən istifadə 

şəraiti və onların texniki xarakteristikası qeyd olunmasa, əldə edilmiş 

faktiki məlumatlar sübutedici əhəmiyyətini itirmiş hesab olunur. 

Məhkəmə-təbabəti mütəxəssisi yalnız  şəxsən istifadə etdiyi texniki 

vasitələrin və onun iştirakı ilə alınan nəticələrin təsvirini təmin edir. 

Protokolda iştirakçıların texniki vasitələrdən istifadə olunacağı 

barədə  əvvəlcədən xəbərdarlıq edilmələri göstərilməlidir. Səs, kino 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin