Şakir Musayev
140
müstəntiqə məsləhətlər verir, fəaliyyətinin predmetinə aid əmrləri və
göstərişləri yerinə yetirir (iz və obyektlərin təsdiqlənməsində,
iştirakçılara nümayiş etdirilməsində, müqayisəli nümunələrin
alınmasında köməklik göstərir). Bu zaman, mütəxəssisin, istintaq
hərəkətinin əsas predmeti çərçivəsindən kənara çıxan və ya onun
vəzifələrində nəzərdə tutulmayan hər bir hərəkəti təsdiq edilməlidir.
Mütəxəssisin prosessual tabeçilik statusuna və qanunvericiliklə
möhkəmləndirilmiş
təşəbbüskarlıq hüququnun olmamasına
baxmayaraq, bütün hallarda onun qanunun tələb etdiyi kimi,
sübutların tapılması, təsbit edilməsi və götürülməsinə aid hallar
haqqında deyil, ümumilikdə istintaq hərəkətinin keçirilməsinin
predmetinə və istintaq üçün məna kəsb edən digər məlumatlar
haqqında mülahizələrini müstəntiqin nəzərinə çatdırmasını düzgün
hesab etmək olar.
Mütəxəssis öz xidməti vəzifələrini yerinə yetirmək üçün
maksimal dərəcədə tam və obyektiv məlumatlar almalıdır. Bu da
istintaq hərəkətinin bütün iştirakçıları ilə aktiv qarşılıqlı əlaqə
yaratmadan mümkün deyildir. Mütəxəssis unutmamalıdır ki, onun
istintaq hərəkətində fəaliyyətinə qanunvericilikdə nəzərdə tutulmuş
hal şahidləri kimi vacib nəzarətçilər vardır. Cinayət prosessual
məcəlləsi baxış (o cümlədən meyitə) keçirilərkən, ekshumasiyada,
istintaq eksperimentlərində, axtarış və götürmədə, tanınmaya təqdim
etdikdə və ifadələrin yoxlanılmasında hal şahidlərinin mütləq
qaydada iştirakını nəzərdə tutur (CPM maddə 94). Müstəntiqin hal
şahidlərini müayinənin, götürmənin və baxışın keçirilməsinə cəlb
etməmək hüququ vardır. Bu onların təhlükəsizliyinin təmin oluna
bilməyəcəyi və ya istintaq hərəkətinin çətin şəraitdə keçiriləcəyi
halda baş verir.
Hal şahidi - cinayət işinin nəticəsində marağı olmayan, istintaq
hərəkətinin keçirilməsi faktını, onun məzmununu, gediş və nəticəsini
təsdiq etmək üçün təhqiqatçı, müstəntiq və prokuror tərəfindən cəlb
edilmiş şəxsdir (CPM maddə 94). Mütəxəssis işini müşahidə və
təsdiq edən hal şahidləri sonradan məhkəmədə onun müəyyən etdiyi
məlumatların ədalətliliyini təsdiqləyə və onların obyektivliyinə dair
yarana biləcək şübhələri təkzib edə bilər. Təbii ki, bunda marağı olan
|