Şakir Musayev
142
İstintaq hərəkəti protokolunun tərtib edilmə qaydası və məzmunu
CPM 134, 234, 236, 237. 241, 263 maddələri ilə qaydaya salınmışdır.
Protokol müstəntiq tərəfindən prosessual hərəkətlər gedişində və ya
dərhal onun yekununda tərtib edilir. Protokol əllə və ya texniki
vasitələrdən istifadə etməklə (yazı makinası, kompyuter və s.) yazıla
bilər. Bir çox hallarda istintaq hərəkəti gedişi və nəticələrini
bütövlükdə əks etdirmək üçün qaralamadan, stenoqrafiyadan,
fotoqrafiyadan, kino, səs və ya video yazıdan istifadə edilir. Bu halda
protokol, hərəkət qurtardıqdan dərhal sonra tərtib edilir. Stenoqrafik
yazılar, fotoqrafik neqativ və şəkillər, audio və video yazı materialları
cinayət işinə əlavə edilir.
Protokolun standart blanklar halında forması CPM-ə əlavələrdə
göstərilmişdir. Protokolun nüsxə sayının miqdarı qanunla
məhdudlaşdırılmamışdır. Aşkar edilmiş obyektlərin və yaxud
müəyyən edilmiş faktların ekspertizası keçirilərkən, zərurət yarandığı
hallarda protokolun bir surəti mütləq məhkəmə-tibb ekspertinə
təqdim edilir.
Protokolun tərtib edilməsində mütəxəssisin köməyi, onların
yerinə yetirilmiş hərəkətlərinin gedişinin obyektiv və tam
protokollaşdırılması, istintaq hərəkətinin keçirilmə şərtlərinin,
köməkçi vasitələrdən istifadənin texniki xarakteristikasının, həmçinin
xüsusi anlayışların səviyyəli istifadəsinin dəqiq təsbit edilməsinə
zəmanət kimi xidmət edir.
İstintaq hərəkəti protokolu üç hissədən ibarətdir: giriş, təsviri və
nəticə hissə. Məhkəmə tibb sahəsinin mütəxəssisi protokolun hər üç
hissənin məzmununa diqqət yetirməlidir. Xüsusən giriş hissədə
istintaq hərəkəti keçirilməsinin vaxtı və yeri, onun başlanma və
qurtarma vaxtı (dəqiqəyədək dəqiqliklə), kim tərəfindən və hansı
əsasa görə keçirilməsi (müstəntiqin adı, soyadı və atasının adı), onun
keçirilmə şəraiti (hava, işıqlanma, hərarət rejimi və s.) düzgün qeyd
edilməlidir. Giriş hissədə istintaq hərəkətinin digər iştirakçıları və
onlar barədə məlumatlar (adı, soyadı, atasının adı, iş yeri, tutduğu
vəzifə) göstərilir. Buna əsasən müstəntiq onların, o cümlədən
mütəxəssisin şəxsiyyət və səlahiyyətinə əmin olur.
|