7.1. İstintaq baxışı, müayinəsi, axtarışı,
götürmə haqqında anlayışlar və onların
məhkəmə-tibbi ekspertizada yeri.
Baxış – hər-hansı bir obyektin müşahidəsi və müayinəsindən
ibarət prosessual hərəkətdir. Baxışın həyata keçirilməsinin
əsaslandırılması CPM 236.1-ci maddəsində əksini tapmışdır. Bu
maddədə, baxışın cinayət izlərinin tapılması və cinayət işi üçün sübut
mənbəyi ola biləcək digər maddi obyektlərin və iş üçün əhəmiyyətli
olan digər halların aşkar edilməsi məqsədi ilə həyata keçirilməsi
göstərilir.
|