Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
147
şəraitlərin müəyyən edilmədiyi hallarda, müstəntiq mütəxəssisin
şifahi mülahizələri ilə kifayətlənə bilər.
Müstəntiqin və ya məhkəmənin sübutların qiymətləndirməsinin
ümumi prinsipi - «öz daxili inamına görə» - mütəxəssis tərəfindən
tətbiq edilə bilməz. Mütəxəssis sübutları deyil, onların əsasını təşkil
edən faktiki məlumatları qiymətləndirir. Bu halda qərəzsizlik, öncə
müəyyən edilmənin olmaması və müstəqillik kimi müddəalar və
digər tələblər rəhbər tutulmalıdır. Həmin prinsipləri mütəxəssis
fəaliyyətinə də aid etmək olar. İstənilən istintaq hərəkəti nəticəsinin
doğruluğunun qəbul edilməsi və əsaslanmış sübutların, iş üzrə
sübutların ümumi sxeminə daxil edilməsi üçün nəticələrə ciddi
yanaşaraq elmi, obyektiv və məntiqi qiymət vermək lazımdır. Çox
vaxt belə qiymətləndirmə müstəntiq tərəfindən mütəxəssisin iştirakı
ilə aparılır və aşağıdakı sualların həlli nəzərdə tutulur:
♦ Qarşıya qoyulmuş məqsədə çatmaq üçün seçilmiş istintaq
hərəkəti prosessual və metodik cəhətdən uyğun vasitədirmi;
♦ İstintaq hərəkəti keçirilərkən mütəxəssis iştirakının predmet
və şərtlərinə aid cinayət prosessual məcəllənin tələblərinə əməl
olunmuşdurmu;
♦ Prosessual hərəkətin məzmunu istintaq hərəkətinin
keçirilməsinin ilkin planına uyğundurmu, elmi-texniki vasitələrdən
və xüsusi metodlardan nə dərəcədə tam və düzgün istifadə
olunmuşdur;
♦ Prosessual hərəkətin nəticələri nə dərəcədə dolğun və düzgün
qeyd edilmişdir;
♦ Qarşıya qoyulan məsələlər həll olunmuşdurmu, istintaq
hərəkətlərinin təkrar keçirilməsi lazımdırmı;
♦ Əldə edilmiş məlumatlar nə dərəcədə etibarlıdır (son
məlumatların və müqayisə meyarlarının düzgün seçimi, təcrübələr
keçirilərkən vacib taktiki şərtlərə riayət edilməsi, alınan məlumatların
davamlılığı, onların izahında formal-məntiqi vasitələrin düzgünlüyü
və s.);
|