Şakir Musayev
148
♦ İstintaq hərəkətlərinin faktiki nəticələri işin digər
materiallarına uyğundurmu və ya ziddiyyət təşkil edirmi və
ümumilikdə tədqiq edilən hadisələr gedişinə yayıla bilərmi;
♦ Yenidən alınmış
məlumatların sonrakı istintaqda,
planlaşdırmada və digər istintaq hərəkətlərində, o cümlədən
məhkəmə-tibb ekspertizasının keçirilməsində hansı imkanları vardır.
Nəticələrin belə təhlili istintaq hərəkətini faktiki olaraq
tamamlayır. Planlaşdırma, icra və nəticələrin qiymətləndirilməsinin
göstərilən alqoritmi prosessual hərəkətlərdə
məhkəmə-tibb
ekspertinin (mütəxəssisin) dəqiq və ardıcıl iştirakını, işinin
məqsədyönlü və səmərəliliyini, müstəntiqlə qarşılıqlı hərəkətlərinin
uzlaşmasını və yekdilliyini təmin edir.
Prosessual hərəkətlərdə öz iştirakını qüsursuz və səmərəli
planlaşdırmaq və təşkil etmək bacarığı məhkəmə-tibb ekspertinin
yüksək səviyyəli professional hazırlığının mühüm meyarıdır.
|