Şakir Musayev
150
Hadisə baş verən yer, eləcə də cinayət izlərinin olması ehtimal
edilən, lakin hadisə yeri olmayan hər-hansı ərazi sahəsi, əşyalar,
sənədlər, insanlar, heyvanlar, heyvan cəsədləri və insan meyitləri və
yaxud meyit hissələri baxışın obyekti ola bilər.
Digər prosessual hərəkətlər kimi, baxış da adətən artıq qaldırılmış
cinayət işi üzrə aparılır. Təxirəsalınmaz hallarda hadisə yerinə baxış
cinayət işi açılmamış keçirilə bilər (CPM, maddə 236.2). Qanunda
«təxirəsalınmaz» halların siyahısı verilmir. Məhkəmə-tibb
fəaliyyətində meyitin aşkar edilməsi və ona istintaq baxışının
keçirilməsi zərurətini bu hala aid etmək olar.
Müstəntiqin baxış keçirilməsi barədə qərarı qətnamənin
çıxarılmasını tələb etmir. İstintaq hərəkətinin aparılmasının
əsaslandırılmasının və qanunauyğunluğunun müəyyən ediməsinin
müstəntiqin səlahiyyətinə aid olmasına baxmayaraq, yaşayış yerinə
baxış keçirilməsi barədə qərar qəbul etmək yalnız məhkəmənin
səlahiyyətinə aiddir.
Baxış hal şahidlərinin iştirakı ilə keçirilir. Lakin lazımi rabitə və
əlaqə vasitələrinin olmadığı çətin keçirilə bilən ərazidə, həmçinin
istintaq hərəkətinin icrasının insanların həyatı və sağlamlığı üçün
təhlükə törədə bilməsi ilə bağlı hallarda, baxış hal şahidlərinin iştirakı
olmadan keçirilə bilər və bu barədə istintaq hərəkətinin protokolunda
müvafiq qeydlər edilir. Baxış hal şahidlərinin iştirakı olmadan
keçirilirsə, onun gedişini və nəticələrini təsbit etmək üçün foto, kino
və ya videoçəkiliş kimi texniki vəsaitlərdən istifadə edilir. Texniki
vasitələrin istifadəsi mümkün olmadıqda, bu barədə müstəntiq
protokolda müvafiq qeydlər etməlidir.
Qanunvericilikdə istintaq baxışının keçirilməsinə mütəxəssisin
cəlb olunmasının mümkünlüyü birbaşa qeyd olunmur. Qanunda bu
məsələ ümumi norma daxilində həll edilir. CPM-nin 85-ci maddəsinə
uyğun olaraq müstəntiq cinayət işinə görə ibtidai istintaqı aparmağa
səlahiyyətli vəzifəli şəxs kimi tədqiqatın gedişatını şəxsən özü
istiqamətləndirir, istintaq və digər prosessual hərəkətlərin həyata
keçirilməsinə dair qərarlar qəbul edir (məhkəmə qərarının və
prokuror sanksiyasının alınması tələb olunan hallar istisna olmaqla)
və cinayət mühakimə icraatı iştirakçılarını bu hərəkətlərin
|