Şakir Musayev
152
Şahidin, təqsirləndirilən, şübhəli və zərərçəkmiş şəxsin müayinəsi
– cinayətin istintaqı prosesində baxışın bir növü kimi
qiymətləndirilən istintaq hərəkətidir.
CPM-nin 238-ci maddəsi şəxsin müayinəsinin əsaslandırılmasını
və qaydasını tənzimləyir və müstəntiqin qərar verməsini nəzərə alır.
Müstəntiqin qərarı müayinəsi keçirilən şəxs üçün və prosessual
hərəkətə cəlb olunan mütəxəssisin işlədiyi ekspert idarəsinin rəhbəri
üçün mütləqdir.
Müayinə cinayət işi üçün əhəmiyyətli olan, insan bədənində
xüsusi əlamətlərin, xəsarətlərin, cinayət izlərinin, sərxoşluq
vəziyyətinin, digər əlamətlərin təyin edilməsi üçün keçirilir.
Müayinənin keçirilməsi, yalnız məhkəmə-tibb ekspertizası tələb
olunmayan hallarda da mümkündür.
Şahidin müayinəsi onun verdiyi ifadələrin düzgünlüyünün
qiymətləndirilməsi üçün vacib olan hallar istisna olmaqla özünün
icazəsi ilə aparıla bilər.
Müayinə müstəntiq tərəfindən, lazımi hallarda məhkəmə həkimi
və digər mütəxəssis dəvət olunmaqla aparılır. Müayinə zamanı şəxsin
soyunması lazım olduqda və müstəntiq əks cinsdən olduqda
mütəxəssisin iştirakı vacibdir. CPM-nin 238.5-ci maddəsinə uyğun
olaraq, bu səbəbdən müstəntiqin müayinədə iştirak etmək hüququ
yoxdur. Bu qayda müstəntiqin iştirakına müayinə olunan şəxsin
könüllü icazəsi olduqda da təsir göstərir. Belə hallarda qanun, istintaq
hərəkətinin həmin funksiyalarını mütəxəssisə həvalə edir və
müayinəni məhkəmə həkimi aparır. Bu istintaq hərəkəti zamanı foto,
video və kinoçəkiliş yalnız müayinə olunan şəxsin razılığı ilə aparılır.
İstintaq hərəkətinin protokolunda bütün hərəkətlər, həmçinin
baxış və müayinənin keçirilmə ardıcıllığı ilə aşkar olunanlar, baxış və
müyinə anında aşkar olunanların xarci görünüşü, bütün götürülən
predmetlər sadalanır və təsvir olunur. Protokolda baxış və
müayinənin tarixi, hava və işıqlanma şəraiti (süni, təbii və s.), hansı
texniki vəsaitlərdən istifadə olunması və nəticələrin alınması,
əşyaların götürülməsi, möhürlənməsi və hansı möhür ilə
möhürlənməsi, istintaq üçün mühüm olan əşyaların və ya meyitin
|