Şakir Musayev
160
mümkünlüyünün müstəntiq tərəfindən lazımi dərəcədə
qiymətləndirilməsini bununla izah etmək olar.
Çoxillik ekspert təcrübəsi əsas verir ki, şəxsiyyət əleyhinə
törədilən cinayətlərin təhqiqatında xüsusi məhkəmə-tibbi biliklərdən
yalnız ekspertiza formasında deyil, həm də mütəxəssislərin
dindirilməyə cəlb olunması yolu ilə istifadəsi məqsədəuyğundur. Son
illərdə şəxsiyyət əleyhinə törədilən zorakı cinayətlərin xarakterində
baş vermiş dəyişikliklər, qabaqcadan planlaşdırılmış, sifariş olunmuş
və seriyalı qətl hadisələrinin sayının artması, bu kateqoriyalı cinayət
işləri üzrə şahid bazalarının nəzərə çarpacaq dərəcədə azalmasına
səbəb olmuşdur. Təqsirləndirilən şəxslərin və şahidlərin məhkəmədə
əvvəl verdikləri ifadələrdən imtina etmələrinin adi hal almasını
hüquqşünaslar təkcə işdə marağı olan kriminal tərəflərin təzyiq
etməsi ilə deyil, həm də istintaqın qüsurlu aparılması ilə, bütün vasitə
arsenalından istifadə olunmaması, həmçinin mütəxəssislərin işə cəlb
edilməməsi ilə, istintaq hərəkəti nəticələrinin təsbit olunmasının
prosessual qaydalarında yol verilən pozulması ilə əlaqələndirir.
Mütəxəssisin (ekspertin) dindirilmədə iştirak etməsinin vacibliyi,
onun öz xüsusi bilikləri ilə iş üzrə faktiki məlumatların daha tam və
dolğun toplanmasına kömək etməklə istintaq hərəkətinin nəticələrinin
obyektivliyini və sübuti əhəmiyyətini daha da gücləndirilməsi ilə
bağlıdır.
Digər istintaq hərəkətlərində olduğu kimi CPM-si ekspertin
dindirilmədə iştirakına hüquq verir. Zərurət yarandıqda ekspert
qanunun ona verdiyi səlahiyyətlər çərçivəsində müvafiq vəsatətlə
müraciət etmək hüququ var. Ekspertin dindirilmədə iştirakına
müstəntiq, prokuror və ya məhkəmə razılıq verir. Qanunvericiliyə
müvafiq olaraq ekspert dindirilmədə iştirakına zərurət görərsə
vəsatətlə müraciət edə bilər.
.
|