Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə165/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   161   162   163   164   165   166   167   168   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

161



8.3. Dindirməyə ekspertin (mütəxəssisin) 

cəlb olunmasının səbəbləri. 

 

Ekspertin dindirilməyə  cəlb olunmasının bir neçə konkret 

səbəbləri və ya onun dindirilmədə  iştirak etməsi barədə  vəsatət 

qaldırması üçün əsasları var. Təcrübədə istintaqı aparılan cinayətin 

hər-hansı 

şəraitinin dəqiqləşdirilməsinin vacibliyindən, öz 

növbəsində, ekspert qiymətləndirilməsinin predmeti ola bilən və ya 

məhkəmə-tibb ekspertizasının icrası üçün nəticəvi məlumatlar kimi 

xidmət edə bilən hallar mövcuddur. İşin məzmununu 

dəqiqləşdirməyə  və konkretləşdirmə  zərurət yaranarsa ekspert 

müstəntiqə  şifahi və ya yazılı müraciət edir. İnformasiya toplamaq 

məqsədilə ekspertin dindirilmədə  iştirak etmə hallarına təcrübədə 

nadir hallarda rast gəlinir. Lakin bu halı əsaslı hesab etmək və bəraət 

qazandırmaq olmaz. Çünki, müstəntiq hər zaman xüsusi biliyin 

lazımi həcminə malik olmur. Ona görə  də ekspertin (mütəxəssisin) 

dindirilmədə  iştirakı ona müvafiq istintaq hərəkətini maksimal 

effektli keçirməyə imkan verir. Ekspert üçün isə  gələcəkdə xüsusi 

müayinələri optimal planlaşdırmağa və keçirməyə, ekspert 

axtarışlarının sərhədlərini dəqiqləşdirməyə, qoyulan suallar üzrə 

əsaslı  nəticəyə  gəlmək üçün lazım olan məlumat qıtlığını aradan 

qaldırmağa şərait yaranır. Məsələn, şübhəli, təqsirləndirilən şəxslərin, 

müttəhim və ya şahidlərin dindirilməsi yolu ilə hadisə yerində baş 

verən dəyişikliklərin ayrı-ayrı detallarını, zədə yetirən alətin 

konstruktiv xüsusiyyətlərini, zədələrin yetirilməsinin konkret şəraitini 

(zədə yeri, istiqaməti, sayı, travmatik təsirin ardıcıllığı, hadisə 

iştirakçılarının duruşu və qarşılıqlı  vəziyyəti) dəqiqləşdirmək və ya 

bərpa etmək mümkündür. Bəzən dindirilmə yolu ilə  zərərçəkmişə 

zədə yetirilən zaman və sonra (müdafiə olunma cəhdi, özünə yardım 

etmə, qanaxmanın mənbəyi, xarakteri, dərəcəsi,  əsas həyat 

funksiyalarının  sadə xarakteristikası - huş, tənəffüs, hərəkət aktivliyi 

və s.) onun vəziyyətini və özünü aparmasının necə  dəyişməsini 

aydınlaşdırmaq olar. 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin