Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə167/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   163   164   165   166   167   168   169   170   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

163



törənmənin optimal modelini yaratmağa və müqayisəli zədələrin 

alınması üçün eksperimentlərin düzgün aparılmasına və digər hallara 

kömək edə bilər. 

Çox vaxt, dindirilən  şəxs işin nəticəsində maraqlı  tərəf olmaqla 

onun ifadələrinin obyektivliyi şübhə doğurmasına baxmayaraq

ekspertin dindirilmədə  iştirak edib-etməməsi barədə  qərara  əsaslı 

təsiri yoxdur. Dindirilən  şəxsin verdiyi ifadələrlə digər istintaq və 

ekspertiza məlumatlarının uyğunluğu ilə yanaşı uyğunsuzluğu da 

sübuti əhəmiyyət kəsb edir. İş üzrə müxtəlif sübut mənbələri arasında 

ziddiyyətlərin olması, məsələn,  əvvəl verilmiş ekspert rəyi və 

aparılmış  tədqiqatların ilkin nəticələri cinayət iştirakçılarının və 

şahidlərinin dindirilmədə  iştirak etməsi üçün cəlb olunmasına daha 

bir obyektiv əsas verir. Bu hal ziddiyyətlərin səbəbini müəyyən 

etməyə və onların aradan qaldırılmasına kömək edə bilər. Müstəntiq 

ziddiyyət faktının qeyd edilməsilə kifayətlənməməlidir. Sübutların 

əsaslı, ətraflı və obyektiv yoxlanılması üçün tədbirlər görməli, onların 

uyğunsuzluq (yalan ifadə, ekspert səhvi,  şahidin çaşdırılması  və s.) 

səbəblərini müəyyən etməli və aşkar olunmuş uyğunsuzluğun aradan 

qaldırılması yollarını müəyyənləşdirməlidir. Bu halda ekspert köməyi 

xüsusi əhəmiyyət kəsb edir. 

Kriminalistik taktikada dindirilən şəxsə psixoloji təsirin müxtəlif 

üsulları işlənib hazırlanmışdır və geniş istifadə olunur. Ən effektli və 

qanuni üsullardan biri ekspertin dindirilmədə  iştirak etməsidir. 

Şübhəli şəxsin «qorunma» mövqeyini həmin şəxsi ekspertizanın təyin 

olunması barədə qərarla tanış etməklə dağıtmaq olar. Düzgün ifadələr 

verməyə razı olmağın həlledici faktoru, məhkəmə-tibbi ekspertizanın 

müasir elmi imkanlarının, xüsusən də dindirmədə  iştirak edən 

məhkəmə-tibb eksperti tərəfindən açıqlanması ola bilər. Ekspertin 

professional bilikləri dindirilən  şəxs tərəfindən nəzarətə tabe olmur. 

Ətraflı və dəqiqliyi ilə formalaşdırılmış ekspert suallarına şübhəli və 

təqsirləndirilən  şəxs verdikləri cavabların tibbi əhəmiyyətini hətta 

əvvəlcədən qurduqları müdafiə taktikası ilə uyğunlaşdırılmasını  hər 

dəfə başa düşmək iqtidarında deyil. Əgər dindirilən şəxs xüsusi tibbi 

hazırlığa malik deyilsə, ekspertin iştirakı ilə keçirilən dindirilmədə 

açıqlanmalı olan halların məhkəmə-tibbi spesifikliyi, ifadələrin 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin