Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə170/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   166   167   168   169   170   171   172   173   ...   516
 

Şakir Musayev  

 

166



Aydınlaşdırılmasına ehtiyac olan halların xarakterindən asılı 

olaraq, dindirilmənin icrasına müxtəlif sahənin ekspertləri - 

tanatoloqlar, tibbi-kriminalistlər, bioloqlar, genetiklər, histoloqlar, 

kimyaçılar və s. mütəxəssislər cəlb oluna bilər. Adətən, 

zərərçəkmişin, şübhəli şəxsin və ya şahidin ilkin dindirilməsi zamanı 

müstəntiqdə  nəinki sübutlar, həmçinin iş üzrə  hər-hansı düzgün 

faktiki məlumatlar da əldə olunmur. Bu mərhələdə söhbət daha çox 

cinayətin dindirilənin gördüyü və  təqdim etmək istədiyi subyektiv 

görüntüdən gedir. Burada xüsusi biliklərə geniş  həcmdə ehtiyac 

olmadığından ekspertin iştirakı az effektli ola bilər. Ekspertin 

dindirilmədə  iştirakı digər mühüm ilkin istintaq hərəkətlərindən

həmçinin, ekspertizanın keçirilməsi prosesində  və ya xüsusi 

müayinələrin ilkin, ibtidai nəticələri alındıqdan və istintaqın konkret 

yoxlanılması  tələb olunan cinayət versiyalarını  əldə etdikdən sonra 

daha effektli olur. Bu halda ekspertin dindirilmədə  iştirakı 

məqsədyönlü hərəkət xüsusiyyətlərini qazanır.  Əldə olan faktlar 

əsasında ekspert qiymətləndirilməsi üçün vacib olan hadisənin 

detallarını  dəqiqləşdirməyə, keçiriləcək xüsusi müayinələrin 

(ekspertizanın) alqoritmini tərtib etməyə imkanı yaranır. 

Eksperti zərurət olmadan dindirilməyə  cəlb etmək ekspert işinin 

az  əhəmiyyətli olmasına səbəb ola bilər. Buna əsasən mütəxəssisin 

cinayət işi materiallarını, cinayətin törənmə  şəraitini və  şərtlərini 

kifayət qədər öyrənməməsi səbəb olur. Bəzən də müstəntiq bu barədə 

ekspertə məlumat verməyi lazım bilmir. 

Ekspertin ixtiyarında nəticəvi məlumatlar nə  qədər çox olarsa, 

onun istintaq hərəkətində iştirakı bir o qədər dəqiq, məqsədyönlü və 

effektli, dindirilən  şəxslə davranışı  və münasibət taktikası daha 

səmərəli olar. Dindirilmədən  əvvəl ekspert təhqiqatı aparılan 

hadisənin bütün hallarını, (təbii ki, mütəxəssisin fəaliyyət predmetinə 

aid olan) və iş üzrə keçirilmiş ekspertiza materialları da daxil olmaqla 

zəruri detallarını öyrənilməlidir. 

Məhkəmə tibb ekspertinin iştirakı ilə keçirilən dindirilmədə yol 

verilən səhvlərin səbəbləri kimi yönəldici suallar, verilən sualların 

məzmununda bilmədən cavabı söyləmək və buna bənzər geniş 

yayılmış  təsadüfi hallar ola bilər. Belə  səhvlər peşə  səviyyəsinin 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin