Şakir Musayev
164
düzgün olma faizini azaldır, arabir detallıqla əzbərlənmiş və məşq
edilmiş ifadələri rədd edir.
Dindirilən şəxs tibb işçisi və ya səhiyyə sahəsində
mütəxəssisdirsə, məhkəmə-tibb ekspertinin dindirilmədə iştirak
etməsi daha aktual olur. Müstəntiq təbabətin müəyyən sahəsinə aid
olan, xüsusi xarakter daşıyan müvafiq biliyə malik olmadığına görə
başa düşə bilmədiyi hallara aydınlıq gətirmək üçün eksperti
dindirilməyə
cəlb edir. Müstəntiq xüsusi ədəbiyyatları,
müəssisədaxili qayda-qanunları öyrənməklə, mütəxəssislərlə
məsləhətləşmə aparmasına baxmayaraq, dindirilənin verdiyi
cavablarında qəsdən və ya vərdiş etdiyindən xüsusi terminologiyadan
istifadə edərək ifadələri ilə onu çaşdırmağa çalışarkən, bu halları o
düzgün analiz etmək iqtidarında olmur. Bu zaman ekspertin (uyğun
kliniki profilli mütəxəssis daha məqsədəuyğun olardı) iştirakı
dindirilmənin maksimal effektivliyinə və istintaq hərəkətinin
protokolunda dindirilmənin nəticələrinin adekvat əks olunmasına
zəmanət verir.
Əgər şahid və zərərçəkmiş məhkəmə-tibbi əhəmiyyətli faktlarla
bağlı öz ifadəsinin düzgünlüyünə tam əmin deyilsə və dəqiq olmayan
məlumatlar verirsə, onların dindirilməsinin ekspertin iştirakı ilə
keçirilməsi məqsədəuyğun olardı. Ekspert dindirilən şəxsə müvafiq
suallar verməklə müstəntiqə diqqətini istintaq üçün əhəmiyyətli olan
konkret hallarda və detallarda cəmləşdirməyə kömək edir. Ekspertin
iştirakı ilə keçirilən dindirilmədə dindirilən şəxsin həqiqətdə gördüyü
və ya iştirak etdiyi halları subyektiv fikir və qiymətləndirməsindən
ayırmağa, hadisələrin xronologiyasını yaratmağa, istintaq üçün
əhəmiyyətli saymadığından əvvəl söyləmədiyi və ya gizlətmək
istədiyi hadisə ilə bağlı şəraitləri və ayrı-ayrı detalları yaddaşında
bərpa etməyə imkan verir. Ekspert dindirilən şəxsə öz ifadələrini
daha aydın şərh etməyə, müstəntiqə isə həmin ifadələri istintaq
hərəkətinin protokolunda maksimum adekvat və dəqiq əks etməyə
kömək edə bilər. Bununla da mütəxəssis dindirilmənin əsas məqsədi
olan - düzgün ifadələrin alınmasına yardım göstərir.
Məhkəmə-tibb ekspertinin dindirilmədə iştirak etməsi ekspert
rəyinin nəticələrini dindirilən şəxsə və ya ilkin və məhkəmə
|