Şakir Musayev
172
reaksiyalarla bağlı olaraq real hadisəni təhrif olunmuş formada
qavramalarının mümkünlüyünü qeyd etmək lazımdır. Dindirilmə
keçirilənə qədər onlara iş üzrə toplanmış materiallar məlum ola bilər.
Həmin şəxslər bu məlumatları öz məqsədləri üçün istifadə etməyə
təşəbbüs göstərə bilərlər. Buna görə dindirilmədə alınan ifadələrə,
xüsusən söylənilən fikirlərə və fərziyyələrə tənqidi yanaşmaq, iş
materialları və obyektiv məlumatlarla həmin ifadələri müqayisə
etmək lazımdır.
Yuxarıda göstərilən şəraitlər əsas etibarı ilə şəxsiyyət əleyhinə,
insanın həyat və sağlamlığına qarşı törədilən zorakı cinayətlərin
istintaqına aiddir. Məhkəmə-tibb ekspertizasının digər bölməsi tibb
işçilərinin peşə fəaliyyətlərinin tədqiqi və qiymətləndirilməsidir.
Cinayət və mülki işlərin bu kateqoriyası üzrə məhkəmə-tibbi
ekspertiza komisyon qaydada aparılır. Bəzi hallarda təhqiqat edilməli
xüsusi halları nəzərə alaraq iş materiallarında məlumatların natamam
və qeyri-dəqiq göstərilə bildiyindən, ekspert komissiyasının
üzvlərinin tibb işçiləri ilə şəxsən söhbət etmək zərurəti yaranır.
Cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin
qərarı və qərardadı olduqda belə tibb işçiləri ilə söhbət ancaq istintaq
dindirilməsi çərçivəsində aparılmalıdır və hər bir vaxt ancaq bu
yeganə mümkün prosessual formadan istifadə etmək lazımdır.
Tibb işçiləri ekspertin (mütəxəssisin) iştirakı ilə dindirildikdə
«həkim işi»nə dair aşağıdakı suallar aydınlaşdırılır və dəqiqləşdirilir:
-- tibb işçisinin təhsili, ixtisas dərəcəsi, bu sahədə işləməsi üçün
rəsmi lisenziya və sertifikatların olması;
-- vəzifə borclarının dairəsi və onları təyin edən sənədlər;
-- tibbi fəaliyyətin müvafiq növündə təcrübi səriştəsi və iş stajı;
-- xüsusi bilik və peşə səviyyəsi, praktiki vərdişlərə malik olması;
-- konkret tibb müəssisəsində tibbi yardımın təşkilinin
xüsusiyyətləri;
-- bu və ya digər fəaliyyət növünü tənzim edən normativ
sənədlərin siyahısı;
-- tibb işçisi həmin normativ sənədlərin məzmunu ilə tanış
olmuşdurmu;
|