Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
173
-- xəstədə xəstəliyin (travmanın) davam etmə xüsusiyyətləri və
xarakteri, konkret halda tətbiq olunmuş diaqnostik və müalicə
metodları, onların seçilməsinin əsaslandırılması və nəticəsi;
-- istintaqın predmeti olmuş arzuolunmaz nəticələrin səbəbi və
şərtlərinin tibb işçiləri tərəfindən qiymətləndirilməsi.
Məhkəmə-tibb ekspertinin dindirilmədə
iştirakının
planlaşdırılması, sualların mahiyyətinin və onların verilmə
ardıcıllığının müzakirəsi ilə məhdudlaşmır. Dindirilən şəxslə söhbətin
necə alınacağını qabaqcadan bilmək mümkün olmadığı üçün
ekspertin vəzifəsi, adətən, daha mürəkkəbləşir. Ekspert dindirilmədən
əvvəl şübhəli (təqsirləndirilən) şəxsin və ya şahidin prinsipial
mövqeyini - onun konstruktiv əməkdaşlığa hazır olmasını, ondan
doğru-düzgün ifadələrin alınması mümkünlüyünü, onun münaqişəli
mövqe tutduğunu - müstəntiqdən müvafiq məlumat almaqla
aydınlaşdırması məqsədəuyğundur. Bu, ekspertin dindirilmədə iştirak
taktikasını qurmaq üçün vacibdir. Bununla belə, müstəntiqin fikri
ekspertin dindirilən şəxsə qarşı münasibətini müəyyənləşdirməməli
və onun verdiyi məlumatları ekspert qiymətləndirməsinə təsir
etməməlidir.
İstintaq hərəkəti planlaşdırılarkən, iştirakçıların hüquq və
təhlükəsizliyinin qorunması baxımından, dindirilən şəxsin
sağlamlığının fiziki və psixi vəziyyəti nəzərə alınmalıdır. Xəstə
insanın dindirilməsindən əvvəl ekspert həmin şəxsin sağlamlıq
vəziyyətinin dindirilməyə maneə törətmədiyi haqda müalicə
həkimindən arayış alınmasına zərurət olması barədə, yaxud
dindirilmədə müalicə həkiminin və ya qarovulun iştirakının
məqsədəuyğunluğu barədə vəsatət qaldıra bilər.
|