Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə180/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   176   177   178   179   180   181   182   183   ...   516
 

Şakir Musayev  

 

176



 5. ifadə edilmə formasına görə neytral - suallar emosional çalarlı 

olmamalı; sualların mütəxəssis üçün əhəmiyyətli olmasının büruzə 

verilməsini xüsusi intonasiya və ya digər üsullarla bildirməməli; 

6. ardıcıl - hər bir sonrakı sual əvvəlkindən doğulmalı, onun 

məntiqi davamı olmalıdır. Məhkəmə-tibb ekspertini maraqlandıran 

fakt və halları xüsusi məntiqi ardıcıllıqla göstərmək 

məqsədəuyğundur. Dindirilmənin gedişində  səmərəli olan, məsələn, 

əvvəl baş vermiş hadisələrdən vaxt üzrə sonra baş vermiş hadisələrə 

keçmək. Konkret hadisənin xüsusiyyətlərindən asılı olaraq əks 

ardıcıllıq da əlverişli ola bilər. 

Sualların ifadə olunması üçün sadalanan tələblər mütləq deyil. 

Məsələn, tibb işçilərinin dindirilməsində xüsusi tibbi terminlərin 

istifadəsindən yayınmaq mümkün deyil və sualların mənası 

müstəntiqə izah olunmalıdır. Sualın ifadə edilməsinin neytrallıq 

tələbi, həmçinin  şərtidir. Bəzən dindirilmənin gedişində  əksinə 

olaraq, dindirilən şəxsin irəli sürdüyü hər-hansı faktları və ya absurd 

versiyaları ekspert üçün büruzə vermək zərurəti meydana çıxır. 

Dindirilmənin istintaq taktikası bir sıra hallarda verilən sualların 

məntiqi ardıcıllığının olmamasını, müzakirə zamanı gözlənilmədən 

bir haldan digər hala keçməyi nəzərdə tutur.  

 Dindirilmənin gedişində verildiyi anda dəqiqləşdirilməsi tələb 

olunan sualların məhdud dairəsi ilə kifayətlənmək səmərəsizdir. 

Mütəxəssis, mümkün olduqca, daha detallaşdırılmış ifadələr almağa, 

dindirilən  şəxsdən öz fəaliyyətinin predmetinə aid olan bütün hallar 

üzrə açıqlamalar əldə etməyə, ekspert məsələlərinin həllinə təsir edə 

biləcək detalların dəqiqləşdirilməsinə müvəffəq olmalıdır. Artıq 

sübut olunmuş fakt və hallar üzrə verilən ifadələri nəzərdən qaçırmaq 

olmaz.  


Əgər dindirilən şəxs öz ifadəsinin düzgünlüyünə, inandırıcılığına 

şübhə edirsə, ekspert ona öz cavabını aydınlaşdırmağı, digər konkret 

faktlarla təsdiq etməyi, yəni ifadələrini  əsaslandırmağı  təklif 

etməlidir. Ümumiyyətlə, ifadələrin düzgünlüyünün 

qiymətləndirilməsi ekspertin səlahiyyətinə aid deyil. Burada əsasən 

xüsusi bilik və praktiki səriştə mövqeyindən elmi işlənmələrə uyğun 

gələ bilən məlumatları nəzərə almaq lazımdır.   




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin