Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
179
etikanın normalarına da uyğun gəlir. Ekspertin səliqəli xarici
görünüşü (mümkünsə, ağ xalatla), sakit, inamlı ünsiyyət tərzi,
xeyirxahlılığı, dindirilənə qarşı nəzakətli münasibəti, xüsusi diqqəti
və obyektivliyi onlar arasında zəruri kontaktın yaranmasına səbəb
olar. Bununla da, mütəxəssis dindirilmədə iştirakının məqsədinə nail
olacaq. Əksinə, dindirilən şəxs günahlandırma tərzi, onu cinayətkar
görmək, qeyri-etik müraciət, yaxud açıq-aşkar nümayiş edilən
«vəkillik» niyyəti kimi hərəkətlər yol verilməzdir. Ekspert ifadələrə
münasibətdə emosional çalarlı və qiymətləndirici mülahizələrdən,
istintaq hərəkətinin gedişində təyin olunacaq ekspertiza zamanı həll
olunmalı suallar üzrə öz fikrini bildirməkdən yayınmalıdır.
Davranışında belə halların olması dindirilən şəxsdə mənfi reaksiyanın
yaranmasına, ekspertin müstəqil proses iştirakçısı olmasına inamın
itməsinə, onun qərəzli və qeyri-obyektiv olması haqda fikrin
formalaşmasına səbəb ola bilər.
Dindirilmədə ekspert özünü prosesin müstəqil iştirakçısı kimi
aparmalıdır. Lakin müstəntiqlə razılaşmadıqda, dindirilən şəxsin
yanında müstəntiqə irad tutmamalı və ya dindirilmənin gedişi və
nəticəsini qiymətləndirməməlidir.
|