Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə181/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   177   178   179   180   181   182   183   184   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

177



Dindirilən şəxsin ifadəsi müstəntiq və ekspert  tərəfindən sadəcə 

olaraq təsbit edilməməlidir. Alınan məlumatlar dindirilmənin 

gedişində  əvvəl aparılmış  tədqiqatların nəticələri və  işdə olan digər 

materiallarla müqayisə edilməlidir.  İfadələrdə fikir ayrılığı, digər 

sübutlarla ziddiyyətlər meydana çıxarsa, dindirilmənin gedişinə 

düzəliş edilir. Dindirilən  şəxsə onun verdiyi məlumatla  əvvəl 

müəyyən olunmuş faktın arasında olan uyğunsuzluğu tələsərək 

bildirmək olmaz. Əvvəl ona bir sıra aydınlaşdırıcı  və yoxlama 

sualları vermək, sonra isə əgər dindirilən şəxs öz ifadələrində israrlı 

olarsa, müstəntiqin diqqətini və onun icazəsi ilə dindirilən  şəxsin 

diqqətini də qeyd olunan ziddiyyətlərə yönəltmək lazımdır.  

Məhkəmə-tibb ekspertinin istintaq hərəkətlərində  iştirakının 

mühüm təşkilati-taktiki aspektlərindən biri - sübutun təqdim 

olunması haqqında, adətən, aparılmış xüsusi tədqiqatların gedişində 

müəyyən olunmuş ekspert göstəricilərindən istifadənin 

mümkünlüyüdür. Bu taktiki gediş müstəntiqlər tərəfindən çox tətbiq 

olunur, daha düzgün və dolğun ifadələr almağa imkan verir və 

bununla yanaşı, dindirilən şəxsin yalanını ifşa etməyə imkan yaradır. 

Ekspert aparılmış müayinələrin nəticələrinə dindirilmənin gedişində 

yalnız müstəntiqin icazəsi ilə istinad edə bilər. Belə ki, sübutların 

təqdim olunma anını müstəntiq təyin edir. Bu məsələ dindirilməyə 

hazırlıq  mərhələsində müzakirənin predmeti olmalıdır. 

Qanunvericiliyə müvafiq olaraq, ilkin tədqiqatın nəticələri yalnız 

prokurorun, müstəntiqin və  təhqiqatçının icazəsi ilə  və onların 

məqbul hesab etdikləri həcmdə, ilkin istintaqın maraqlarına zidd 

olmamaq və cinayət mühakimə icraatı  iştirakçılarının hüquq və 

qanuni maraqlarının pozulmaması şərti ilə açıqlana bilər. 

 Müstəntiqlə razılaşdırıldıqdan sonra, ekspert dindirilən  şəxsə 

məhkəmə  təbabətinin xüsusi elmi müddəaları  və müasir ekspert 

imkanları barədə aydınlaşdırma verə bilər. Bu hal ilkin olaraq düzgün 

ifadələr verməkdən imtina edən  şəxsin mövqeyinin dəyişməsinə 

səbəb ola bilər.  

Bəzi hallarda şahidlər, zərərçəkmiş  və  şübhəli  şəxslər istintaq 

edilən hadisənin detallarını  şərh etməkdə, cinayət alətini və digər 

xüsusatları təsvir etməkdə çətinlik çəkirlər. Bu müxtəlif səbəblərdən, 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin