Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
185
Müstəntiqdən cinayət məsuliyyətinin dərəcəsini təyin etmək və
günahkarların hərəkətlərini düzgün hüquqi qiymətləndirmək üçün
zərərçəkmişlərin boynunun ayrı-ayrı sıxılmasının hansı nəticələrlə
müşayiət olunmasını və təqsirləndirilən şəxslərdən hansı birinin
hərəkəti nəticəsində ölümün baş verdiyini müəyyən etmək tələb
olunurdu. Qətl prosesi bir neçə dəqiqə çəkdiyindən və təqsirləndirilən
şəxslərin hər ikisinin eyni alətdən istifadə etdiklərindən, məhkəmə-
tibb ekspertizasının yalnız meyitlərin müayinələrinin nəticələrinə
əsasən zədələrin yetirilmə ardıcıllığının aydınlaşdırılması, onların
əmələgəlmə mexanizmi və ölümün baş verməsini təqsirləndirilənlərin
hansı birinin hərəkəti ilə bağlı olmasını müstəntiq tərəfindən ekspert
qarşısında qoyulmuş sualların cavablandırılması ilə həll etmək
mümkün olmadı. Ona görə meyiti müayinə etmiş məhkəmə-tibb
ekspertinin iştirakı ilə təkrar dindirilmənin keçirilməsi qərara alındı.
Dindirilmədə ekspertin suallarına cavab verərkən təqsirləndirilən
şəxslərdən biri bildirdi ki, «halı birdən pisləşdiyindən» o
zərərçəkmişi boğmasını saxlayıb ilgəyi öz «yoldaşına» verdi. Ekspert
təqsirləndirilən şəxsin halının birdən pisləşməsinə nəyin səbəb
olduğunu dəqiqləşdirməyə başladı. Ona bir neçə əlavə suallar
verərək, ekspert aydınlaşdırdı ki, təqsirləndirilən şəxs ilgəyi
zərərçəkmişin boynuna keçirib, sıxmağa başladıqdan sonra
«zərərçəkmişin bədəni boşaldı, göyərdi, xırıldamağa, qanla qusmağa
başladı və müqavimət göstərmədi». Digər təqsirləndirilən şəxs həmin
ifadələri təsdiq etdi və zərərçəkmişin boynunu sıxmasını davam
edərkən onun «qısa müddət xırıldadığını» əlavə etdi. Alınmış
ifadələr, heç bir xəstəliyin olmaması barədə ekspertizanın nəticələri
ilə birlikdə, zərərçəkmişin boynunun ilkin sıxılması zamanı həyat
üçün təhlükəli olan vəziyyətin - ağır dərəcəli kəskin nəfəs
çatışmamazlığı, beyin qan dövranının pozulması ilə mexaniki
asfiksiyanın yaranması, yəni artıq ilkin sıxılma zamanı zərərçəkmişin
sağlamlığına ağır zərər vurulması nəticəsinə gəlməyə əsas verir.
Təkrar sıxılma ölümün baş verməsini sürətləndirib. Əvvəl keçirilmiş
tədqiqatların nəticələri əsasında aparılmış əlavə ekspertizanın nəticəsi
və ekspertin iştirakı ilə keçirilmiş dindirilmə müstəntiqə
təqsirləndirilən şəxslərin hərəkətlərini düzgün qiymətləndirməyə,
|