Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə192/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   188   189   190   191   192   193   194   195   ...   516
 

Şakir Musayev  

 

188



gedişində cinayətin baş verməsi faktı müəyyən edilir və onun 

izlərinin ilkin axtarışı aparılır. 

Göstərilən istintaq hərəkətlərinin hansı  məqsədlə keçirilməsində 

fərq mövcuddur. Baxış  və müayinə sonrakı yoxlamalar yolu ilə 

sübutedici  əhəmiyyəti ola biləcək izlərin və ya sübutların tapılması 

məqsədilə keçirildiyi halda, CPM-nin 262-ci maddəsindən göründüyü 

kimi istintaq eksperimenti isə, öncə  iş üzrə faktiki məlumatların 

yoxlanılması  və  dəqiqləşdirilməsi məqsədi ilə keçirilir (Bu hal 

istintaq eksperimentinin gedişində, digər istintaq hərəkətləri ilə təsbit 

olunmasını tələb edən, faktiki məlumatların alınması mümkünlüyünü 

inkar etmir). Qeyd olunanlar müstəntiqdə müvafiq məlumatların 

olmasını    və onların ilkin prosessual möhkəmləndirilməsini nəzərdə 

tutur.  İstintaq hərəkəti həmişə sübutetmənin ikinci, yardımçı 

vasitəsidir. Baxış  və müayinə isə bunun əksinə olaraq, cinayət-

prosessual qanunvericilikdə  nəzərdə tutulduğu kimi ilkin və 

təxirəsalınmaz istintaq hərəkətləridir. 

Baxış zamanı hadisə yerinin şəraiti digər obyekt və izlər 

müstəntiq və mütəxəssis tərəfindən dəyişilməz halda, yəni cinayətin 

aşkar olunduğu anda qaldıqları kimi qəbul edilir və qeydə alınır. 

İstintaq eksperimenti cinayətin baş verdiyi halların,  şəraitin və ya 

onun iştirakçılarının hərəkətlərinin yenidən canlandırılmasını 

məqsədini güdür. İstintaq eksperimenti digər prosessual 

hərəkətlərdən fərqli olaraq sınaq xarakteri daşıyır («eksperiment» 

adlandırılması da burdan meydana çıxmışdır). 

Qeyd olunan prosessual fərqlərə baxmayaraq bəzən istintaq 

eksperimenti digər istintaq hərəkətləri ilə eyni vaxtda keçirilir. 

Məsələn, hadisə yerinə təkrar baxış keçirilərkən, sonrakı müqayisəli 

müayinə üçün nümunələrin götürülməsi, iztörənmə  şəraitinin 

eksperimental qaydada yenidən canlandırılmasına zərurət yarandıqda 

və s. Bu hal xüsusilə  məhkəmə istintaqının bir-neçə istintaq 

hərəkətlərinin eyni vaxtda keçirilməsini nəzərdə tutan mərhələsi üçün 

xarakterikdir.  

İfadələrin yoxlanılması qanunvericiliklə yeni qanunvericilikdə 

möhkəmləndirilmişdir. Əvvəllər istintaq və ekspert praktikasında bu 

«yerlərə gediş», «yerlərə çıxış», «ifadələrin yerində canlandırılması», 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin