eləcə də onun işinin təşkili və məzmunu bir-birinə uyğun gəlir. Qeyd
Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
191
9.2. İstintaq eksperimenti və ifadələrin
yoxlanılmasının keçirilməsi səbəbləri.
İstintaq eksperimentinin və ifadələrin yoxlanılmasının əsas
məqsədi (CPM maddə 260; 262 yoxlama, dəqiqləşdirmə və ya iş
üçün əhəmiyyətli olan yeni məlumatların müəyyən olunması) əsasən
müstəntiqin (eləcə də ekspertin) əldə etdiyi məlumatların həqiqiliyinə
şübhə etməsi və ya iş üzrə müxtəlif sübutlar arasındakı
ziddiyyətlərdir. Bu prosessual hərəkətlərdə iştirakçı və şahidlərin
ifadələri, cinayətin baş verməsi şəraiti barədə artıq məlum olan və ya
güman edilən obyektiv faktlar eksperimental qaydada yoxlanıla bilər.
İstintaq eksperimenti - cinayəti gizlətmək məqsədilə cinayətkarın
uydurduqlarını ifşa etmək üçün xüsusi əhəmiyyət kəsb edir.
Mühakimə icraatının digər iştirakçılarının gözü önündə keçirilən
istintaq hərəkəti gedişində hər hansı bir faktın təkzibolunmazlığına
əmin olan təqsirkar, artıq fikrindən daşınaraq istintaqla əməkdaşlıq
etmək məcburiyyətində qalır və düzgün ifadələr verməyə başlayır.
Bütün buna bənzər digər hallarda da istintaq eksperimenti və
ifadələrin yoxlanılması, istintaqı aparılan hadisənin baş verdiyi
mühitin, vaxtın və digər şəraitlərinin yenidən qurulması, onun
iştirakçılarının etdikləri hərəkətlərin yenidən canlandırılması yolu ilə
həyata keçirilir. Bu hal istintaqa cinayət hərəkətlərinin gedişinin və
nəticəsinin konkret şəraitinin, fakt və şərtlərinin obyektiv
qiymətləndirilməsinə imkan yaradır.
Çox vaxt şəxsiyyət əleyhinə törədilən cinayətlərin istintaqında
məhkəmə-tibbi ekspertiza keçirilərkən, müstəntiq və ya ekspertdə
əldə olunan sübutlar sisteminə sığışmayan və ya müxtəlif səbəblərdən
əldə olan metod və vasitələrlə düzgün izah və qiymətləndirilə
bilinməyən hər hansı bir fakt meydana çıxdıqda mürəkkəb problemli
vəziyyətlər yaranır. Məsələn, meyitin tam skeletləşdiyi hallarda
ekspertizanın keçirilməsi və istintaq tərəfindən qarşıya qoyulan bir
çox sualların həlli kəskin çətinləşir. Bəzən tədqiqat obyekti və onda
olan ilkin zədələr hissəvi və ya tamamilə öz xarakterlərini
itirdiklərinə görə, əlavə istintaq məlumatları alınmadan sualların həlli