Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
189
«ifadələrin yerlərdə yoxlanılması», kimi adlandırılırdı. Prosessual
nizamlanmanın və hüquqşünas alimlərin fikirlərinin fərqli olmasına
baxmayaraq, ifadələrin yoxlanılması anlayışı cinayət mühakimə
icraatı
təcrübəsində, kriminalistik və
məhkəmə-təbabəti
ədəbiyyatlarında çoxdan və möhkəm kök salmışdır. AR CPM maddə
260-da bu istintaq hərəkətinin kifayət qədər tam nizamlanması öz
əksini tapmışdır. Onun məqsədi cinayət işi üçün əhəmiyyət kəsb edən
yeni halların təyininə zərurət kimi müəyyən edilmişdir.
Hadisə yerinə gedişlə, şübhəli şəxsin, təqsirləndirilənin, zərər
çəkənin və ya şahidin əvvəllər verdiyi ifadələrin yoxlanılması və ya
dəqiqləşdirilməsi ilə nail olunur. Bu hal istintaq eksperimenti yolu ilə
ifadələrin yoxlanılmasını bir-birinə yaxınlaşdırır. Lakin istintaq
eksperimentindən fərqli olaraq, ifadələrin yoxlanılması adından
göründüyü kimi, yalnız ifadələrin, yəni dindirilmə, üzləşdirmə və ya
digər şifahi üsullarla alınmış sübutların dəqiqləşdirilməsi ilə keçirilir.
Ekspert mülahizələrini «hadisə yerinə çıxış» yolu ilə yoxlamaq
olmaz. Bunun üçün ən azı müvafiq təcrübi hərəkətlərin keçirilməsi
(məsələn, istintaq eksperimenti), çox vaxt isə xüsusi təkrar
tədqiqatların icrası tələb olunur.
İstintaq eksperimentindən fərqli olaraq, ifadələrin yoxlanılması,
həmişə ifadələri yoxlanılan şəxslərin iştirakı ilə və bir qayda olaraq,
onların göstərdikləri hadisənin baş verdiyi yerdə, yaxud ifadələrdə
iştirak edən real obyektlərdən istifadə etməklə keçirilir. İstintaq
yoxlanılmasının gedişində təcrübi hərəkətlərin keçirilməsi də
mümkündür və onun həcmi məhdud olur.
İfadəsi yoxlanılan şəxsin özü yerindəcə istintaqı aparılan
hadisənin mühit və şəraitini canlandırır. Cinayət işi üçün əhəmiyyəti
olan əşya, sənəd və izləri göstərir və müəyyən hərəkətləri nümayiş
etdirir. İstintaq eksperimentindən fərqli olaraq ifadələrin yoxlanılması
gedişinə hər hansı bir kənar müdaxilə yol verilməzdir.
İfadələrin yoxlanılması gedişində cinayət iştirakçıları və şahidləri
əvvəllər verdikləri ifadələrinə dəqiqləşdirmə və düzəlişlər edə
bilərlər. Canlandırma yolu ilə, ifadələrin, cinayətin baş verdiyi yerdə
faktiki şəraitlə və etibarlılığı şübhə doğurmayan hallarla uyğunluğu
təyin edilir.
|