Şakir Musayev
198
məcəllədə müvafiq istintaq hərəkətlərinin məhkəməyədək icraatı
üçün nəzərdə tutulmuş qaydalara riayət etməklə həyata keçirilir».
İbtidai istintaqda istintaq eksperimentinin aparılmasında iştirak
edən ekspertin məhkəmə eksperimentində də iştirak edə bilməsi
məsələsi qanunvericiliklə müəyyən edilməmişdir. Əgər məhkəmə
həkimi məhkəmə iclasında ekspert qismində iştirak edirsə, prosessual
vəziyyətinə görə o, ekspertizanın predmetinə aid olan sübutların
tədqiqatında da iştirak edə bilər və məhkəmənin qərarı ilə istənilən
məhkəmə hərəkətlərinin, o cümlədən istintaq eksperimentinin
keçirilməsinə cəlb oluna bilər.
Məhkəmə-tibb ekspertinin istintaq eksperimentinə və ya
ifadələrin yoxlanılmasına cəlb edilməsi üçün faktiki əsasları üç əsas
qrupda birləşdirmək olar:
♦ istintaqın əvvəlki mərhələlərində alınmış məlumatların
yoxlanılması, dəqiqləşdirilməsi (o cümlədən, məhkəmə-tibbi
ekspertizanın nəticəsindən əldə olunan məlumatların) və onların
iş üzrə digər sübutlarla tutuşdurulması;
♦ sonrakı istintaqın təşkili, həmçinin məhkəmə-tibbi ekspertizanın
təyini və ya ekspert tədqiqatlarının korreksiyası üçün əlavə
obyektiv məlumatların alınmasının vacibliyi;
♦ hadisə yeri şəraitinin və onun iştirakçılarının hərəkətlərinin
yenidən canlandırılması olmadan, ekspertiza qarşısında qoyulan
sualların həllinin və ekspert ehtimallarının yoxlanılmasının
mümkünsüzlüyü.
Birinci halda məhkəmə həkimi yalnız məhkəmə-tibbi
ekspertizanın predmetinə aid olan faktların yoxlanılması üçün cəlb
edilir; məsələn, əvvəl keçirilmiş ekspertizanın nəticələri ilə iş üzrə
digər sübutlar arasında ziddiyyətlər olduqda. Hər bir ziddiyyət
istintaq eksperimentinin aparılmasını tələb etmir. Adətən iş hallarının
və ekspert tədqiqatlarının obyektiv nəticələri arasında olan
uyğunsuzluq aşkar görünür; məsələn, şübhəli şəxs zərərçəkmişə küt
alətlə - çəkiclə zərbə yetirdiyini israr etdiyi halda, ekspertiza
xəsarətin «çapıcı» alətlə yetirildiyini təyin edir.
İkinci halda - müstəntiqin və ya ekspertin öz fərziyyələrinin,
nəticələrinin düzgünlüyünə şübhə etməsidir; məsələn: mülahizə
|