Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
199
yürütməklə qoyulan suallar üzrə ekspertin yalnız ehtimalla cavab
verməsi. Çoxillik təcrübə göstərir ki, ekspert rəyi, xüsusən də
zədələrin əmələgəlmə mexanizmi ilə bağlı ekspert rəyinin nəticələri
yenidən qurulmuş, real hadisə yerinin şəraitində olduğu kimi əyani
şəkildə və inandırıcı surətdə başa düşülmür. Ekspert üçün də
cinayətin baş verdiyi yerin şəraiti ilə onun verdiyi nəticələrin və iş
üzrə digər sübutların uzlaşmasına nəzər yetirmək yararlı olardı.
CPM-nin müvafiq maddəsində yeni halların təyin edilməsi və
yeni sübutların alınmasında ifadələrin yoxlanılması hərəkətinin
məqsədinin, dəqiq məlum olan yerdə baş vermiş hadisə ilə bağlı
ifadələrin düzgünlüyünü müəyyən etmək və ya dəqiqləşdirmək
olduğu göstərilmişdir. Həmin maddədə də «ifadələrin yerində
yoxlanılması zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək
əşya və sənədlərin aşkar» edilə bilməsi də qeyd edilmişdir.
İstintaq eksperimentinə gəldikdə isə praktikada bu hərəkətə,
təkcə cinayətin baş verdiyi şəraitin əyani və inandırıcı surətdə
canlandırılması və xüsusi istintaq variantlarının yoxlanılması kimi
deyil, həmçinin məhkəmə-tibbi ekspertizanın təyini və keçirilməsi
üçün əlavə nəticəvi məlumatlar alınmasında zəruri prosessual vasitə
kimi və ya ekspert tədqiqatlarında fasiləli bir mərhələ kimi baxılır.
Ekspertizanın təyini və keçirilməsi üçün faktiki nəticəvi məlumatlar
natamam, ziddiyyətli olduqda, işin təfsilatı aydın olmadıqda və
məhkəmə-tibbi müayinədən keçiriləcək obyektlər qarşıya qoyulan
sualların həlli üçün kifayət qədər məlumat daşımadıqda bu
mərhələnin təşkilinin vacibliyi meydana çıxır. Məsələn, məhkəmə-
tibb eksperti meyitin gizlədilməsinə, ayrı-ayrı hissələrə
parçalanmasına şübhə yarandıqda meyitin və onun hissələrinin
tapılması məqsədilə keçirilən ifadələrin yoxlanılması prosesinə,
meyitin gizlədilmə və parçalanma üsul və şəraitini, qablaşdırma
üsulunu, daşınma və meyit üzərində aparılan kriminal
manipulyasiyaları dəqiqləşdirmək üçün isə istintaq eksperimentində
iştirak etməyə cəlb edilə bilər. İstintaq eksperimenti gedişində və ya
cinayət törədilən yerdə ifadələrin yoxlanılması üçün, zamanı bioloji
izlərin axtarışı
və götürülməsi, iztörənmə mexanizminin
dəqiqləşdirilməsi aparıla bilər.
|