Şakir Musayev
200
Meyitin müayinəsinə əsasən, həlli üçün qoyulan suallara qəti
cavab vermək mümkün olmadıqda, xəsarətlərin yetirilmə
mexanizmini (silahın tətbiq üsulunu, zədətörədici xarakteristikasını,
zədələrin sayı və ardıcıllığını, zədətörədici qüvvənin tətbiq edilmə
yerini və istiqamətini, zərərçəkənlə hücum edənin qarşılıqlı duruş
vəziyyətini və s.) dəqiqləşdirmək məqsədilə məhkəmə-tibb
ekspertinin istintaq eksperimentində iştirakı zəruridir. Alınmış
nəticələr ekspert rəylərini əsaslandırmağa kömək edər və iztörənmə
mexanizmini mücərrəd yox, işin konkret hallarına aid və daha qəti
formada qiymətləndirilməsinə imkan verər.
İstintaq eksperimentinin gedişində eksperimental nümunələr
almaqla, sonrakı müqayisəli tədqiqatlar üçün, ekspert tədqiqatlarının
səmərəli təşkili üçün nəticəvi məlumatları dəqiqləşdirmək olar.
Bir sıra hallarda mütəxəssisin iştirakı ilə keçirilən istintaq
eksperimenti ekspert qarşısında qoyulan sualların həlli üçün yeganə
üsul olur. Məsələn, müayinəyə kəskin dəyişilmiş obyektlərin -
parçalanmış, yandırılmış, çürümə dəyişikliklərinə məruz qalmış, tam
skeletləşmiş meyitlərin təqdim olunması və müayinə anında həmin
obyektlərin geridönməz dəyişikliklərə məruz qalması. Meyit
tapılmadıqda və ya məhv edildikdə, xəsarət yetirən silahlar
gizlədildikdə və ya məhv edildikdə, digər obyektlər haqda kifayət
qədər məlumatlar olmadıqda və cinayətin uydurulmasına şübhə
yarandığı hallarda oxşar vəziyyətlər meydana çıxır. Belə hallarda
alınan ifadələrin istintaq eksperimenti hərəkəti ilə yoxlanılmasınin
nəticələrini əyani surətdə canlandırmaq və məhkəmə-tibbi
məlumatlarla tutuşdurmaq lazımdır. Bu və ya digər kriminal
hərəkətlərin və xəsarətlərin ehtimaledici nəticələri hadisə yerinin
şəraitini və insanın konkret hərəkətləri (öz boynuna ilgəyi
keçirməsini və ya intihar səhnəsini yaratmaq üçün zərərçəkmişin
boynunda ilgəyi sıxmasını və s.) edə bilməsinin mümkünlüyünü
qiymətləndirmək üçün travmanın əmələgəlmə mexanizmini nəzərə
almaqla əsaslı fikir yürütmək olar.
Bəzən ifadələrin yoxlanılması və eksperiment, hadisə yerindəki
əşyalarla xəsarətlərin əlaqəsini və müxtəlif xarici amillərin travmanın
nəticəsinə təsirini müqayisəli qiymətləndirmək məqsədilə keçirilir.
|