Şakir Musayev
196
xidmətin hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə norması kimi
qəbul edilməmişdir.
Bununla yanaşı müstəntiqlərin və məhkəmənin məhkəmə-tibbi
biliklərdən istifadənin bu formasına təsadüfi olmayan maraqların
artmasından əminliklə danışmaq olar. Ölkədə kriminogen şəraitin
dəyişməsi, ağır cinayətlərin sayının artması, cinayətkarlıqda
professionallıq, cinayət işləri üzrə şahidlər bazasının ixtisarına
meyllilik, istintaqın gedişinə qəsdən maneçilik törətmə hallarının
artması və vəkillərin daha fəal mövqeyi həmin marağın əmələ
gəlməsinə səbəb olan başlıca amillərdəndir.
İş üzrə istənilən sübutların kifayətedici olmasının müstəntiq
tərəfindən və məhkəmə tərəfindən qəbul edilməsi üçün, sübutların
əlavə obyektiv yoxlanılması, təsdiqi və prosessual təsbit edilməsi
tələb olunur. İş üzrə istintaq, əməliyyat və ekspertiza yolu ilə alınmış
müxtəlif mənbəli faktiki materialların təhlilinin dərk olunması üçün
elə səviyyə tələb olunur ki, bu məsələyə yalnız hüququ və prosessual
biliklər çərçivəsində deyil, eyni zamanda daha ümumi metodoloji
baxımdan yanaşma vacibdir. Belə yanaşma, cinayət işlərinin istintaqı
praktikasında tam birləşmə (inteqrasiya) proseslərinin
gücləndirilməsi əsasında həyata keçirilə bilər. Məhkəmə-tibbi
biliklərdən daha geniş istifadə yolu ilə, ekspert və mütəxəssisləri
müxtəlif prosessual hərəkətlərin keçirilməsinə cəlb edilməsi və
məhkəmə-tibb xidməti işinin səmərəliliyinin yüksəldilməsinin
mühüm vasitələrindən biridir.
İstintaq və ya məhkəmə tərəfindən istintaq (məhkəmə)
hərəkətlərinə cəlb edilmiş məhkəmə həkiminin prosessual vəziyyəti
bir qədər fərqlənə bilər. Mühakimə icraatının iştirakçısı kimi
ekspertin statusu aşağıdakı şərtlərə riayət edilməsinin vacibliyini
nəzərdə tutur: istintaq eksperimenti ekspertizanın keçirildiyi dövrdə
iş üzrə ekspert olan, həmin məhkəmə həkiminin iştirakı ilə
keçirilməli və mütləq olaraq istintaq eksperimentinin məqsəd və
məzmunu ekspertiza qarşısında qoyulan məsələlərin həlli ilə
bilavasitə bağlı olmalıdır. Rəsmi olaraq yalnız göstərilən qaydaya
əməl edən məhkəmə həkimi istintaq eksperimenti və ya ifadələrin
yoxlanılmasında iştirak edərkən ekspert hüququnu saxlayır.
|