Şakir Musayev
192
ümumiyyətlə mümkün olmur. Belə problemli vəziyyətlər çox vaxt
məhkəmə-tibb ekspertinin iştirakı ilə istintaq eksperimentinin
keçirilməsinə səbəb olur.
Bu prosessual hərəkətlərin istintaq və ya təhqiqat məqsədlərindən
başqa, nümayişedici məqsədinin də vacibliyini qeyd etmək lazımdır.
İş üzrə sübutlar sisteminin formalaşmasında əyani (illüstrativ) təsvir
hissə mühüm yer tutur. Məhkəmə həkiminin iştirakı ilə istintaq
eksperimenti və ifadələrin yoxlanılmasının digər keçirilmə səbəbi
müstəntiqin əvvəlcədən toplanmış materialların əyaniliyinin təmin
edilməsinə doğru yönəlmiş cəhdi ola bilər. Bu hal öz növbəsində
ibtidai və məhkəmə istintaqının yüksək ardıcıllıqla birindən-digərinə
keçməsinə zəmanət verir. Təqsirləndirilən şəxslərin əvvəllər
verdikləri ifadələrdən imtina etməsi və ya onları dəyişdirməsi
imkanını məhdudlaşdırır, iş üzrə sübutlar bazasını möhkəmləndirir və
obyektivləşdirir. Göstərilənlər ilk növbədə, məzmununda ancaq
subyektiv məlumatlar olan sübutlara, məsələn, dindirilmə, üzləşdirmə
yolu ilə alınan operativ məlumatlara aiddir. Məntiqi baxımdan, əlavə
istintaq hərəkətləri gedişində bir daha təsdiqini tapmış sübutlar, digər
faktlarla münasibətdə üstünlük təşkil edir.
Əvvəllər alınmış sübutların təsdiq və ya inkar edilməsindən,
dəqiqləşdirilməsindən, təsbit edilməsindən, onlar arasındakı
ziddiyyətlərin aradan qaldırılmasından əlavə olaraq, istintaq
eksperimentinin və ifadələrin yoxlanılmasının proqnozlaşdırılması
xüsusi əhəmiyyət kəsb edir. Həmin hərəkətlərin icrasında bəzən
istintaq üçün gözlənilməz olan yeni məlumatlar və iş üzrə əlavə sübut
mənbələri aşkar edilə bilər. Təhqiqatı aparılan hadisənin baş verdiyi
yerdə, ifadələri yoxlanılan şəxslərin yaddaşında hadisənin baş verdiyi
şəraiti bərpa etmək, onların əvvəl verdikləri izahatları dəqiqləşdirmək
və digər obyektiv məlumatlarla yerlərdəki şəraitlə tutuşdurmaq
mümkündür. Əldə edilmiş yeni faktlar isə gələcəkdə xüsusi müayinə
obyekti ola bilər.
Bununla istintaq eksperimenti və ya istintaq yoxlamasının
keçirilməsi yolu ilə yalnız artıq işin məlum olan şəraitinin
dəqiqləşdirilməsini yox, həm də konkret istintaq variantlarını, yəni
tədqiq edilən hadisənin həqiqətən necə baş verməsi barədə, iş üzrə
|