Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə197/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   193   194   195   196   197   198   199   200   ...   516
 

Şakir Musayev  

 

194



9.3. İstintaq eksperimenti və ifadələrin 

yoxlanılması keçirilərkən xüsusi məhkəmə-tibbi 

biliklərin tətbiqi 

 

İstintaq eksperimenti və ya ifadələrin yerində yoxlanılması kimi 



prosessual hərəkətlərin keçirilməsində və onların icrasında ekspertin 

(mütəxəssisin) iştirakını, qanun könüllülük formasında nəzərdə tutur 

(CPM, maddə 260, 262) və xüsusi biliklərin cəlb edilməsinin nə 

qədər vacib olduğunu həll etmək üçün müstəntiqə prosessual hüquq 

verir. Lakin bu hal, iş üzrə ekspertin həmin məsələdə  təşəbbüs 

imkanını qadağan etmir. Qanun ekspertin müstəntiqə  vəsatətlə 

müraciət etmə hüququnu nəzərdə tutmuşdur (CPM, maddə 97). 

Ekspert istintaq eksperimentində  iştirakı  və onun keçirilməsinin 

zəruriliyi barədə təşəbbüs irəli sürə bilər. Ekspertin təşəbbüsünü onun 

işinin keyfiyyət və  səmərəlilik göstəricisi kimi qiymətləndirmək 

lazımdır.  

Ekspertin istintaq variantlarında və hadisə 

şəraitinin 

qiymətləndirilməsindəki bilavasitə  iştirakı, heç də müstəntiqin 

səlahiyyətinə aid olan məsələlərə qarışmaq kimi başa 

düşülməməlidir. Belə ki, ekspertin həll etdiyi məsələlər cinayət-

prosessual anlamında cinayəti əhatə etmir, yalnız onun maddi-faktiki 

tərəfinə toxunur. 

Ekspertin cəlb edilməsi və ya mütəxəssisin məhkəmə  tərəfindən 

seçilməsi təhqiqatı aparılan hadisənin təbiəti və halları, mütəxəssisin 

iştirakı ilə istintaq (məhkəmə) hərəkətinin gedişində  həll olunması 

nəzərdə tutulan sualların məzmunu və  həyata keçirilən hərəkətlərin 

mahiyyəti ilə müəyyən olunur. Təcrübədə istintaq eksperimentinin və 

ifadələrin yoxlanılması keçirilərkən  əsasən MTE və PA Birliyinin 

ştatlı mütəxəssisləri,  əsasən məhkəmə-tibbi xidmətin ümumprofilli 

ekspertləri (tanatoloqlar), xüsusi hallarda isə tibbi-kriminalistik

məhkəmə-bioloji məhkəmə-kimyəvi və digər sahə ekspertləri dəvət 

olunur. 


Hüququ ədəbiyyatlarda şəxsiyyət əleyhinə olan cinayət işləri üzrə 

keçirilən istintaq eksperimenti və ifadələrin yoxlanılması gedişində 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin