Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
197
Əgər eksperiment rəy verildikdən sonra icraçı ekspert tərəfindən
keçirilirsə və həmin rəylə bağlı yoxlanılması tələb olunan suallar
meydana çıxarsa, müstəntiq istintaq eksperimenti prosesində
mütəxəssisin və ekspertin hüquqlardan istifadə edərək sualların
dairəsini genişləndirə bilər.
Müstəntiq eksperti istintaq eksperimenti və ya ifadələrin
yoxlanılması işinə cəlb etməsi, məhkəmə-tibbi ekspertizanın təyin
edilməsi barədə əvvəlcədən çıxarılmış qərar çərçivəsində həyata
keçirilir. Bəzən, ekspertin istintaq eksperimentində iştirakı məsələsini
müstəntiq bilavasitə ekspertizanın təyin edilməsi barədə çıxardığı
qərarda göstərir. Bu halda, müstəntiqdən istintaq eksperimentinin və
ya ifadələrin yoxlanılmasının keçirilməsi barədə qərarın əlavə
prosessual rəsmiləşdirilməsi tələb olunmur. CPM-də (maddə 260,
262) bu prosessual hərəkətlərin keçirilməsi üçün mütləq surətdə qərar
çıxarılması nəzərdə tutulmamışdır.
Ekspert istintaq eksperimentinə ekspertiza qurtardıqdan sonra
cəlb edildikdə və ya əvvəllər işdə iştirak etməmiş məhkəmə həkimi
cəlb edildikdə (məsələn, ekspert xəstə olduqda) və ya bundan əvvəl
ekspertə məlum olmayan yeni şəraitin meydana çıxması ilə əlaqədar
eksperiment keçirildikdə iş başqa hal alır. Ekspert kimi yeni şəxsin
cəlb edilməsi, bununla bərabər iş şəraitinin dəyişməsi əlavə qərarın
çıxarılmasını tələb edə bilər. Həmin qərarda yoxlanılacaq hallar və
onların mümkünlüyünün təyin edilməsinə aid olan şərtlər müstəntiq
tərəfindən tam və dəqiq göstərilməlidir.
Cinayət-prosessual qanun mütəxəssisin cəlb edilməsi haqda
(əvvəllər işdə iştirak edib-etməməsindən asılı olmayaraq), qərarın
hər-hansı prosessual qaydada rəsmiləşdirilməsini nəzərdə
tutmamışdır. Müstəntiq belə hallarda öz qərarını sənədlə
əsaslandırmalıdır. Eyni zamanda, istintaq hərəkətinin keçirilməsinə
mütəxəssisin cəlb edilməsi haqda qərarın olmaması onun həmin
prosesdə iştirakından imtina etməsinə əsas vermir.
AR CPM-də (maddə 336) məhkəmə tərəfindən istintaq
eksperimentinin keçirilməsi barədə göstərilir: «Məhkəmə-baxışı
zamanı istintaq eksperimenti cinayət prosesi tərəflərinin iştirakı ilə bu
|