Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
205
hərəkətləri ilə) görə bir-birindən ayrılır. Şəraitlərin növbələnməsi
müxtəlif şəraitlərdən asılıdır -- cinayət iştirakçılarının və ya digər
şəxslərin müəyyən hərəkətlərindən, orqanizmdə gedən əhəmiyyətli
dəyişikliklərdən (xəsarətlərin yetirilməsi, psixi reaksiya və s.), ətraf
mühitin və cinayətin baş verdiyi yerin dəyişməsindən və s. asılıdır.
Göstərilən hadisələr barədə faktiki məlumatlar müxtəlif istintaq
hərəkətləri (baxış, axtarış, dindirmə, ekspertizanın keçirilməsi və s.)
keçirilməsi yolu ilə istintaqın gedişində əldə edilir.
İstintaq hərəkəti gedişində məhkəmə-tibb ekspertinin fəaliyyət
predmetinə yalnız konkret məhkəmə-tibbi məzmuna malik və ekspert
qarşısında qoyulan sualların həllinə istiqamətləndirilmiş şərait və
hərəkətlər aiddir. O hərəkət və şəraitlər ki, onların təsviri üçün xüsusi
məhkəmə-tibbi biliklər tələb olunur. Mütəxəssis onlar arasındakı
vaxt, məkan, maddi və ya funksional əlaqəni yaratmaqda, ayrı-ayrı
tibbi faktlar və təhlil edilən şəraitlərin tərkib hissəsi olan
vəziyyətlərin əhəmiyyətini təyin etməkdə, istintaqı aparılan cinayət
barədə bütün məhkəmə tibbi məlumatı tutuşdurmaqda və
razılaşdırmaqda müstəntiqə kömək etməlidir.
Məhkəmə-tibbi baxımından təhlil olunan şərait strukturunu tərkib
hissəsi haqda məlumatları (əməliyyat, istintaq və ya ekspert) aşağıda
göstərilənlər təşkil edir:
zədə törədən faktorların xüsusiyyəti haqda - cinayətkarın istifadə
etdiyi silahlar, əşyalar, maddələr, digər maddi təzahürlər və
proseslər haqda;
xəsarətlərin törənmə mexanizmi haqda;
zərərçəkənin vəziyyəti və orqanizmində baş verən dəyişikliklər
haqda - sağlamlıq vəziyyəti, keçirilmiş xəstəliklər və onların
xarakteri, travmalar, inkişaf qüsurları, xüsusi fiziolojı vəziyyət,
eləcə də göstərilən travma nəticəsində funksiyaların pozulma
xarakteri və ardıcıllığı haqda;
Zədətörədici faktora xarici mühitin təsiri haqda - zədənin törənmə
vaxtı (müddəti), hadisə yerinin maddi təchizatı, təbiət və texnolojı
amillər haqda;
İstintaq hərəkətində ekspert iştirakının məqsədi göstərilən
məlumatlardan istifadə etməklə, onu digərləri ilə, o cümlədən artıq
|