Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə209/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   205   206   207   208   209   210   211   212   ...   516
 

Şakir Musayev  

 

206



müəyyən edilmiş  və  şübhə doğurmayan sübutlarla tutuşdurmaqla

müstəntiqə xüsusi istintaq variantlarını  təhlil etməkdə yaxud, qısaca 

dürüst ifadə etməkdə köməkdən ibarətdir. Mütəxəssis istintaq 

hərəkətində  iştirakının və  səmərəli fəaliyyətinin təşkili barədə 

müstəntiqə  məsləhət verir. Xüsusi texniki vasitələrdən istifadə 

edilməsində, konkret şəraitin yenidən qurulmasında, yoxlanılması 

tələb olunan halların eksperimental təhlilində  və  mərhələli təsbit 

edilməsində ona yardım edir. İstintaqın konkret variantı olmadıqda, 

ekspertin vəzifəsi cinayətin şəraitini proqnozlaşdırmaqdan ibarətdir. 

Hər bir predmet və problem öz metodunu tələb edir. Bu mənada 

istintaq eksperimenti problematikasına aid olan şəraitin təhlilindən və 

belə  təhlilin bir mərhələsi olan eksperimental (istintaq) 

modelləşdirilməsindən söhbət gedir. Son illərdə kriminalistik və 

məhkəmə-tibbi ədəbiyyatlarda bu məsələyə xüsusi diqqət yetirilir. 

Cinayət hadisəsinin baş vermə  şəraitinin təhlilinə müxtəlif 

prosessual hərəkətlərin, o cümlədən istintaq eksperimenti və 

məhkəmə-tibbi şərait ekspertizasının icrası zamanı xüsusi məsələlərin 

həllində xüsusi məhkəmə-tibbi metodika kimi baxmaq lazımdır. 

İstintaq eksperimentinin keçirilməsində hadisənin baş vermə 

şəraitinin təhlili mütəxəssis və ya ekspertin tədqiqat işlərinin ənənəvi 

növlərindən, o cümlədən  şərait ekspertizasından metodoloji olaraq 

fərqlənir. Fərqlənmə, ekspertiza obyektlərinin ilkin görünüşündə 

onların arasında bilavasitə əlaqənin tam və ya hissəvi olmasıdır. Belə 

ki, bir qayda olaraq, istintaq eksperimenti keçirilən ana qədər artıq 

hadisə yerinə, meyitə, maddi sübutlara baxış  və onların müayinəsi 

keçirilmiş olur. Buna görə  də, bütün şəraitin quruluşunun  əsasını 

ekspert və ya istintaq yolu ilə  əvvəlcədən alınmış, o cümlədən 

yoxlanılacaq məlumatlar təşkil edir. Bu informasiyanı  təşkil edən 

dörd  əsas barədə yuxarıda qeyd edilmişdir. Bunlara zədətörədici 

amilin xüsusiyyətləri, onun daxili və xarici təsir  şəraiti və ekspert 

yolu ilə müəyyən edilmiş xəsarətlərin törənmə mexanizmi aiddir. 

Hər bir prosessual canlandırılan şəraitə, müxtəlif xarakterli və bir 

sistemin tərkib hissəsi olan ayrı-ayrı elementlər arasında, mürəkkəb 

çoxistiqamətli və bir biri ilə  əlaqəli məlumat sisteminin kompleksi 

kimi baxmaq lazımdır.  Şəraitin öyrənilməsi müstəntiq və 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin