Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə198/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   194   195   196   197   198   199   200   201   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

195



məhkəmə-tibbi biliklərdən istifadə problemi öz əksini tapmamışdır. 

Məhkəmə-tibb ekspertləri də öz növbəsində göstərilən məsələyə 

kifayət qədər fikir verməmişlər,  Ədəbiyyatlarda  əsasən öz 

təcrübələrində rast gəldikləri konkret hadisələrlə bağlı istintaq 

eksperimentinin köməyi ilə ekspert tapşırıqlarının müvəffəqiyyətlə 

həll edilməsi barədə ayrı-ayrı  məqalələrə rast gəlinir. Bu məsələ 

barədə olan məlumatların  əksəriyyəti ayrı-ayrı bildirişlər və 

tövsiyələr çərçivəsində olduğundan problemin ümumiləşdirici 

nəticəsi tam əldə olunmur. 

Məhkəmə-tibbi ədəbiyyatlarda «vəziyyət, şərait, hal ekspertizası» 

həmin problemə yaxın olmaqla və xüsusi əhəmiyyət kəsb edir. 

Hadisə yerinə baxış  nəticəsində alınmış  məlumatları  tədqiq etmək 

məqsədilə ilk dəfə  şərait ekspertizalarının keçirilməsi imkanı 

kriminalistlər tərəfindən işlənib hazırlanmışdır.  

Bəzi alimlərin işlərində eksperiment (istintaq və ya ekspertiza) 

cinayət  şəraitinin kompleks təhlilinin bir mərhələsi olaraq birləşmiş 

problem kimi göstərilmişdir.  İstintaq eksperimentinin nəticələri 

«şərait ekspertizası»nın obyektiv və tam qiymətləndirilməsində 

əvəzsiz rol oynayır. 

Çox vaxt istintaq eksperimenti şərait ekspertizasından fərqli olan 

digər  əsaslar üzrə keçirilir. Bu zaman təkcə izəmələgəlmənin 

mexanizmi məsələləri deyil, digər vəzifələr - faktların qavranması, 

müəyyən hərəkətlərin, hadisələrin baş verməsi imkanları  və baş 

vermiş hadisənin ardıcıllığını müəyyən etmək problemi həll edilir. 

Əksinə, ekspertizanın və ya şərait ekspertizasının materialları istintaq 

eksperimentində  nəticəvi məlumatlar kimi istifadə edilə bilər. Bəzi 

hallarda isə eksperiment, müstəntiq tərəfindən ekspertiza nəticələrini 

yoxlamaq üsulu ola bilər. 

Beləliklə, istintaq eksperimenti və ifadələrin yoxlanılması 

keçirilərkən xüsusi məhkəmə-tibbi biliklərdən istifadə olunmanın 

prosessual, təşkilatı, elmi metodik və  təcrübi aspektlərinə müstəqil 

prosessual hərəkətlər kimi baxmaq vacibdir. Bu problemin nəzəri və 

metodik baxımdan kifayət dərəcədə  işlənilməməsi nəticəsində 

məhkəmə  təbabəti sahəsində mütəxəssislərin həmin prosessual 

hərəkətlərin keçirilməsinə  cəlb edilməsi, təcrübədə  məhkəmə-tibbi 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin