Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə191/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   187   188   189   190   191   192   193   194   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

187



FƏSİL 9 İSTİNTAQ EKSPERİMENTİ. 

İFADƏLƏRİN YERİNDƏ YOXLANILMASI. 

 

9.1. İstintaq eksperimenti və ifadələrin yoxlanılması 

anlayışı, onların prosessual məzmunu. 

 

Xüsusi hüquqi ədəbiyyatlardan məlumdur ki, baş vermiş kriminal 

hadisənin mahiyyətini təyin etməyə, variantlar irəli sürməyə  və 

istintaqın istiqamətini müəyyənləşdirməyə imkan verən məlumatları, 

cinayətkarın fəaliyyət üsulunu modelləşdirməklə, baş vermiş 

hadisələrin eksperimental təhlili ilə, o cümlədən xəsarət yetirmə  və 

ölümün baş verdiyi şəraitin süni surətdə bərpası yolu ilə əldə etmək 

olar. Cinayət istintaqının müasir kriminalistik taktikası arsenalında 

geniş yayılmış istintaq eksperimenti və ifadələrin yerində yoxlanması 

kimi prosessual hərəkətləri bu məqsədə xidmət edir. Hadisə yerinə 

baxışla yanaşı, istintaq hərəkətlərinin bu iki növünün yerinə 

yetirilməsinə  məhkəmə-təbabəti sahəsində mütəxəssislər daha çox 

cəlb olunur.  

Müstəqil prosessual hərəkətlər kimi istintaq eksperimenti və 

ifadələrin yerində yoxlanılması Azərbaycan Respublikası CPM-də öz 

yerini tapmışdır. 

AR CPM 262-ci maddəsinə müvafiq, istintaq eksperimenti 

cinayət işi üçün əhəmiyyətli olan məlumatların yoxlanılması  və 

dəqiqləşdirilməsi məqsədilə müəyyən olunmuş hadisənin detallarını, 

həmçinin şəraiti və ya digər hallarını canlandırmaq yolu ilə keçirilir. 

CPM-də işin ilkin istintaqı və məhkəmə baxışı gedişində istintaq 

eksperimentinin mütləq qaydada keçirilməsi barədə göstəriş yoxdur. 

Onun icrasının məqsədəuyğunluğunu müstəntiq və yaxud məhkəmə 

müəyyən edir və istintaqın tam və  hərtərəfli aparılması üçün 

vacibliyinə  əmin olduqda müvafiq qərar qəbul edirlər. Təcrübədə 

istintaq eksperimenti adətən prokurorun və ya istintaq bölməsinin 

rəisinin tələbi ilə, məhkəmə-istintaqı gedişində isə yuxarı instansiyalı 

məhkəmələrin göstərişi ilə keçirilir. Baxış  və (ya) müayinə cinayət 

istintaqı aparılan bütün hallarda keçirilir. Bu prosessual hərəkətlərin 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin