Şakir Musayev
186
ittihamnaməni əsaslandırmağa imkan verdi. Həmin ittihamnamə
sonradan məhkəmənin qərarı ilə təsdiq olundu.
Misal №2. İki şəxsin qətlə yetirilməsində təqsirləndirilən şəxsin
dindirilməsində iştirak edən məhkəmə-tibb eksperti iş materialları ilə
tanış olduqdan sonra bildirir ki, müttəhim keçmişdə dəfələrlə ev
şəraitində heyvan kəsməklə məşğul olmuşdur (bu faktın özlüyündə
törədilmiş cinayətə aidiyyatı yoxdur). Təqsirləndirilən şəxs ilkin
istintaq zamanı əvvəl verdiyi ifadələrindən imtina edirdi. Məhkəmədə
işə baxılarkən qətlin törədilməsi şəraiti aydınlaşdırıldıqdan sonra
ekspert digər suallardan başqa, təqsirləndirilən şəxsə mal kəsmədə
onun istifadə etdiyi texniki üsul haqda danışmasını təklif etdi.
Təqsirləndirilən şəxsin vəkili verilən sualın işə aid olmadığına istinad
edib sualdan imtina etməyə cəhd göstərsə də, məhkəmə onun
vəsatətini təmin etmədi. Təqsirləndirilən şəxsin açıqlamaları
dinlənildikdən sonra, ekspert və məhkəmə qətlin qurbanlarında olan
zədələrin xarakterinin, lokalizasiyasının və qarşılıqlı yerləşməsinin,
göstərilən üsulla kəsilmələrindən sonra heyvan cəmdəklərində qala
bilən zədələrlə tam uyğunluğunu qeyd etdilər. Bu uyğunluq, qismən
olsa da belə, günahın sübutu kimi istifadə edilə bilməzdi. Lakin
alınmış cavab vəkilin mövqeyini zəiflətdi və təqsirləndirilən şəxsə
müəyyən psixoloji təsir göstərdi və o sonradan törətdiyi cinayəti
boynuna aldı.
|