Şakir Musayev
182
Mütəxəssis bütünlüklə protokolu imzalayır. Əlavələr və düzəlişlər
razılaşdırılmalı və mütəxəssisin, müstəntiqin, dindirilən şəxsin ayrı-
ayrılıqda imzaları ilə təsdiq olunmalıdır. Ekspert imzalamazdan əvvəl
protokolun məzmunu və edilən düzəlişlərlə tanış olmalıdır.
Mütəxəssisin protokola imza qoymaqdan imtina etdiyi halda
müstəntiq bu barədə protokola qeyd edir, öz imzası ilə və əgər
istintaq hərəkətində müdafiəçi, qanuni nümayəndə və hal şahidləri
iştirak edirsə, onların imzası ilə də təsdiq edilir. Mütəxəssisə
protokolu imzalamaqdan imtina etməsinin səbəbini açıqlamağa
imkan verilməlidir və həmin açıqlamalar protokola daxil edilməlidir.
|