Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
183
8.7. Üzləşdirmə.
Üzləşdirmə - dindirilmənin xüsusi prosessual növüdür. Bu
istintaq hərəkəti əvvəl-cə dindirilmiş iki və daha çox şəxslərin bir-
birinin iştirakı ilə eyni vaxtda və növbə ilə dindirilməsidir. Dindirilən
şəxslər arasında üzləşdirmə, onların verdikləri ifadələrdə eyni hallara
aid olan məlumatlar bir-birini inkar etdikdə və həmin məlumatlarda
əhəmiyyətli ziddiyyətlər olduqda aparılır. Üzləşdirmənin məqsədi -
ziddiyyətlərin nümayiş etdirmək və onları aradan qaldırmaqdır.
Üzləşdirmə təqsirləndirilən, şübhəli şəxslər, zərərçəkmişlər,
şahidlər arasında, o cümlədən təqsirləndirilən və şübhəli şəxs,
təqsirləndirilən və zərərçəkmiş, təqsirləndirilən və şahid, şübhəli şəxs
və zərərçəkmiş, şübhəli şəxs və şahid, zərərçəkmiş və şahid arasında
aparıla bilər.
Üzləşdirmənin planlaşdırılmasında və ona hazırlıq mərhələsində
məhkəmə-tibb ekspertinin vəzifəsi müxtəlif şəxslərin ifadələrində
aşkar olunmuş ziddiyyətlərin əhəmiyyətli olmasını və onların
üzləşdirmə yolu ilə aradan qaldırılmasının mümkünlüyünü müəyyən
etməkdir.
Mütəxəssisin fikirincə, məhkəmə həkiminin fəaliyyət predmetinə
aid olan və bir-birini inkar edici xarakter daşıyan hallara aid müxtəlif
mənalı məlumatları birləşdirən ifadələr əhəmiyyətli ziddiyyət təşkil
edən ifadələrdir. Müstəntiq, öz növbəsində, alınmış ziddiyyətli
ifadələrin, iş üçün sübuti əhəmiyyətinin və sübutların
qiymətləndirilməsində vacib olmasını müəyyən edir (bu
ziddiyyətlərin əhəmiyyətlilik dərəcəsinin prosessual aspektini təşkil
edir).
Üzləşdirilməyə çağırılmış şəxslərə açıqlanması üçün istintaq
hərəkəti aparılan hallar barədə növbə ilə izahat vermək təklif olunur.
Bundan sonra müstəntiq və mütəxəssis onlara suallar verir. Dindirilən
şəxslər müstəntiqin icazəsi ilə bir-birinə suallar verə bilər.
Üzləşdirmə üçün çağırılmış şəxslərin dindirilmə və sualların verilmə
ardıcıllığını müstəntiq təyin edir. Üzləşdirmə zamanı müstəntiq
maddi sübutları və sənədləri, həmçinin ekspert rəyini də təqdim edə
bilər.
|