Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə184/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   180   181   182   183   184   185   186   187   ...   516
 

Şakir Musayev  

 

180



8.6. Dindirilmə nəticələrinin 

tərtib olunması. 

 

Dindirilmənin gedişində ekspertin sualları, alınan cavabları təsbit 

etmək və yazmaq hüququ var. Ekspertin yazıları müstəntiqə 

dindirilmənin gedişinə, istintaq hərəkətinin protokolunda sualların və 

alınmış ifadələrin düzgünlüyünə  nəzarət etməyə kömək edir. 

Ekspertin (mütəxəssisin) yazılı qeydlərinin heç bir prosessual 

əhəmiyyəti yoxdur, dindirilmə protokoluna əlavə edilə bilməz və  iş 

üzrə sübut mənbəyi sayılmır.  

 Dindirmənin nəticələri üzrə  tərtib olunmuş protokol yeganə 

prosessual sənəddir ki,  iş üzrə sübut növü kimi qiymətləndirilə bilər. 

Protokol müstəntiq tərəfindən dindirilmənin gedişində  və 

dindirilmədən sonra tərtib edilir. Protokolda istintaq hərəkətinin 

keçirilmə vaxtı şərtləri, məzmunu və nəticələri təsbit olunur.  

Protokolda müstəntiq ekspertin (mütəxəssisin)  şəxsiyyəti və 

səlahiyyəti barədə  məlumatları, dindirilən  şəxsə qarşı münasibətini, 

həmçinin ona hüquq və  vəzifələrinin izah olunma faktını  əks 

etdirməli və göstərilənlər ekspertin imzası ilə təsdiq olunmalıdır.  

Ekspert işinin nəticələri sərbəst sübut mənbəyini təşkil etmədiyi 

üçün onun dindirilmədə  fəaliyyətinə cinayət məcəlləsinin heç bir 

xüsusi normaları ilə məhdudiyyət qoyulmur. Əgər ekspert mütəxəssis 

kimi çıxış edirsə, vəzifələrinin icrasından imtina etməyə  və 

yayınmağa görə məsuliyyət daşıyır.  

Dindirilən  şəxsin cavabları  və açıqlamaları bir-birini təsdiq edib 

etmələrindən, müəyyən edilmiş digər faktlara və  əvvəl verilmiş 

ifadələrə zidd olmalarından asılı olmayaraq, hətta ekspertə  və ya 

müstəntiqə mənasız və absurd görünənlər belə sözbəsöz fiksə edilir. 

Müstəntiqin və ya məhkəmənin ekspertin suallarını gündəlikdən 

çıxarmağa və ya onları dindirilən  şəxsə digər tərzdə  təqdim etməyə 

hüququ var. Əgər ekspert sualın ifadə tərzinin dəyişdirilməsi ilə razı 

deyilsə, öz münasibətini yazılı surətdə bildirə bilər və bunlar protokol 

daxil edilməlidir.  




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin