Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə182/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   178   179   180   181   182   183   184   185   ...   516
 

Şakir Musayev  

 

178



həmçinin onların müstəntiqi və eksperti konkret olaraq nəyin 

maraqlandırdığını bilməmələrindən və ya tam aydın başa 

düşməmələrindən irəli gəlir. Qeyd olunan problemi aradan qaldırmaq 

üçün dindirilən  şəxsə  sərbəst olaraq alətlərin rəsmlərini, istintaq 

edilən hadisənin baş verdiyi yerin ümumi planını  çəkmək, sxem və 

rəsmlərdə  şəraitin detallarını, iştirakçıların və ya maddi sübutların 

qarşılıqlı yerləşməsini əks etdirməyi təklif etmək olar.  

Bir sıra hallarda zəruri məlumatları dindirilənin öz hərəkətlərini 

və ya digər şəxslərin hərəkətlərini ancaq nümayiş etməsi yolu ilə əldə 

etmək mümkündür. Bu halda dindirilmənin keçirilməsini məhkəmə-

tibb ekspertinin eyni vaxtda istintaq eksperimentində  iştirakı ilə 

əlaqələndirmək daha məqsədəuyğun olar. Dindirilənin şəxsiyyət kimi 

hüquqlarının qorunmasına riayət etmək vacibliyi bütün istintaq 

iştirakçıları üçün ümumi deontoloji tələbdir. Müstəntiqin 

dindirilmədə  fəaliyyətinin müvəffəqiyyəti insanı özünə  cəlb 

etməsindən, istənilən üsulla kontakt yaratmasından müəyyən qədər 

asılı olsa da, bu hal məhkəmə-tibb eksperti üçün o qədər də 

əhəmiyyətə malik deyil. Ekspertin davranışı  və taktikası dindirilən 

şəxsin onunla söhbət etmək və ya etməmək, suallara cavab vermək və 

onların düzgünlüyünü təsdiq etmək və ya etməmək istəyindən asılı 

olmamalıdır.  Əlbəttə, insana qarşı diqqət, onu dinləməyə  və başa 

düşməyə hazır olmağı nümayiş etmək, onda inam yaratmaq 

dindirilmədə  iştirak edən ekspert üçün vacibdir. Lakin bu artıq 

dərəcədə olmamalıdır.  

Dindirmədə kriminalistik üsullardan biri müstəntiqin dindirilən 

şəxsə psixoloji təsirindən ibarətdir. Ekspert isə, müstəntiqdən fərqli 

olaraq, dindirilmənin iştirakçılarına psixoloji təsirdən istifadə 

etməkdən uzaq olmalıdır. Onların münasibəti  şəxsin hüquqlarına 

hörmət  əsasında yaranmalı  və cinayət-prosessual qanunvericilik 

çərçivəsindən kənara çıxmamalıdır. Dindirilən  şəxs ekspertin 

timsalında istintaqın daha bir nümayəndəsini deyil, başlıca olaraq 

müstəqil mütəxəssisi, öz işini bilən və ancaq həqiqəti müəyyən 

etməyə çalışan məhkəmə-tibbi ekspertini görməli və başa düşməlidir 

ki, xüsusi biliklərə malik mütəxəssisdən hansısa məlumatı gizlətmək 

faydasızdır. Ekspertin belə davranışı optimal olmaqla yanaşı tibbi 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin