Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə179/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   175   176   177   178   179   180   181   182   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

175



Sualların məzmunu və ardıcıllığından başqa, onların qısaca və 

dürüst ifadə edilməsinin də böyük əhəmiyyəti vardır. Qanunvericiliyə 

uyğun, dindirilmənin icrasında yönəldici suallara, yəni düzgün cavabı 

bildirən, bəzi faktları inkar, yaxud əksinə, düz və ya dolayı yolla 

təsdiq edən suallara yol verilmir. Bu cür suallar hiss olunmadan arzu 

edilən cavabı açıqlayır. Məsələn: Kəllə-beyin travması zamanı 

anamnez topladıqda zərərçəkmişə verilən belə bir yönəldici sual: 

«Travmadan sonra siz huşunuzu itirdinizmi, ürəkbulanma, qusma 

oldumu?» göstərilənə  əyani misal ola bilər. Belə hallarda ekspert 

ətraflı sorğu yolu ilə, dindirilən  şəxsdən onun sağlamlığında, 

hadisənin  detallarında və hallarında baş verən istənilən dəyişiklikləri 

öyrənməklə, sərbəst olaraq zərərçəkmişin huşunu itirməsini və 

travma ilə  əlaqədar digər halları müəyyən edərək bu məsələni həll 

etməlidir. Bıçaq zədəsi yetirilməsinin ümumi şəraitini  

aydınlaşdırmaq zərurəti olduqda şübhəli və ya təqsirləndirilən  şəxsə 

verilən: «Siz bıçaqla döş  qəfəsinə  zərbə vurdunuzmu?» sualı 

yönəldici xarakterli olar, halbuki «Siz zərərçəkmişin bədəninin hansı 

hissəsinə və nə ilə vurdunuz?» sualı bu halda daha düzgün olar.  

Çoxillik təcrübə dindirilmələrdə sualların qısaca və dürüst ifadə 

olunmasına aid məntiq qanununa əsaslanmış tövsiyələr verir. Suallar 

belə verilməlidir: 

1. predmet məzmunlu, yəni istintaq edilən cinayətin hallarına və 

ekspertin (mütəxəssisin) fəaliyyət predmetinə aid olmalıdır; 

2. qısa - hər bir sual, mümkün olduqca, artıq detallaşma olmadan 

bir hala, şəraitə aid olmalıdır; 

3. başa düşülən və heç bir izaha yol verməyən - ekspert xüsusi 

tibbi terminlərdən istifadə etməməlidir, xüsusi anlayışların mənasını 

isə sonradan dindirilən  şəxsin başa düşməməsinə  əsaslanmaması 

üçün açıqlamalıdır (bunun üçün müstəntiq dindirilənin verilən sualı 

başa düşdüyü haqda cavabını ayrıca fiksə etməlidir); 

4. konkret və mümkün olduqca birmənalı  və açıqlanmış cavabı 

güman olunan - fərz etmək, güman etmək formasında konkret 

olmayan cavab verilə bilən suallardan yayınmaq; 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin