Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə175/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   171   172   173   174   175   176   177   178   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

171



-- cinayətin,  şahidə  məlum olan törənmə  şəraitinin və onun 

gizlədilməsinin xüsusiyyətləri, cinayət aləti və  zədənin yetirilmə 

şəraiti haqqında (bu məlumatlar, adətən,  şübhəli, təqsirləndirilən və 

ya zərərçəkmişin dindirilməsində alınan məlumatlarla üst-üstə düşür);  

-- zədə yetirmənin şəraiti və şərtləri haqqında - vaxtı, yeri, yerin 

detalları, hava və digər  şəraitlər, həmçinin  şahidin baş verən halları 

izlədiyi şərait (məsafə, təbii və ya süni işıqlanma, maneələrin olması), 

istehsalat və texnoloji proseslərin xüsusiyyətləri; 

-- cinayətkarın, zərərçəkmişin və ya şahidin şəxsiyyəti haqqında - 

zədənin yetirilmə üsuluna, şahidin hadisəni izlədiyi şəraitə və cinayət 

hallarının ekspert qiymətləndirilməsinə aid ola bilən fiziki inkişafının 

xüsusiyyətləri, sağlamlıq və  məşğulluq vəziyyəti, xüsusi biliyi və 

bacarığı, hər-hansı  fəaliyyət növündə  təcrübəsi, həyat tərzi və 

vərdişləri, dərman preparatlarından, alkoqol, narkotik vasitələrdən 

istifadə etməsi və digər məlumatlar. 

Zərərçəkmişin dindirilməsində cinayətin yuxarıda sadalanan 

istənilən halları - cinayətin törənmə  və gizlədilmə üsulu və  şərtləri, 

alətlər və  zədə yetirmənin mexanizmləri, hadisə yerinin şəraiti və 

cinayətkarın  şəxsiyyəti və s. haqqında təyin edilə  və  dəqiqləşdirilə 

bilər. Bundan əlavə, məhkəmə-tibb ekspertini zərərçəkmişin 

aşağıdakı hallara aidiyyatı olan ifadəsi maraqlandıra bilər: 

-- sağlamlığa zərər vurmanın xarakteri, dərəcəsi və ardıcıllığı; 

-- zədə yetirilənə  qədər, zədə yetirilən vaxt və sonra 

zərərçəkmişin əhvalı, psixi, fiziki, emosional vəziyyəti; 

-- zədənin nəticəsini aradan qaldırmaq üçün zərərçəkmişin 

özünün gördüyü tədbirlər; 

-- tibbi yardım üçün müraciət etməsi, müalicə metodlarının tətbiqi 

və onun effektliliyi; 

 --  alınmış travmaya qədər patoloji vəziyyətin, xəstəlik və 

zədələrin olması; 

-- ekspertə tibbi məlumat verə bilən sənədlərin mövcud olması. 

Zərərçəkmişin,  şübhəli (təqsirləndirilən)  şəxsin və ya şahidin 

ifadələrini təsbit edərkən və qiymətləndirərkən onların işdə marağı 

olan, qanuni və ya qeyri-qanuni maraqlarını müdafiə edən şəxslər ola 

biləcəyini nəzərə almaq və yetirilən zədələr yaxud psixoemosional 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin