Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə172/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   168   169   170   171   172   173   174   175   ...   516
 

Şakir Musayev  

 

168



8.4. Dindirilməyə hazırlıq. 

 

Dindirilməyə hazırlıq məhkəmə-tibb ekspertinin (mütəxəssisin) 

xüsusi biliklərindən istifadə etməklə  bəzi halları müəyyən etməyi, 

istintaq hərəkətinin keçirilmə qaydasını müstəntiqlə razılaşdırmağı, 

sualları müzakirə etməyi, onların ifadə edilmə formasının 

dəqiqləşdirilməsini və dindirilən  şəxs qarşısında qoyulmasının 

səmərəli ardıcıllığını müəyyən etməyi birləşdirir.  

Şəxsiyyət əleyhinə törədilən zorakı cinayət işləri üzrə məhkəmə-

tibbi ekspertizanın keçirilməsinin tipik hallarında dindirilməyə daha 

çox  şübhəli və  təqsirləndirilən  şəxslər, az hallarda isə  şahid və 

zərərçəkmişlər cəlb olunur. Onların ifadələri, iş üzrə obyektiv faktiki 

məlumatlarla yanaşı, məhkəmə-tibbi ekspertizanın təyin olunması və 

keçirilməsi üçün nəticəvi məlumatların  əsasını  təşkil edir və 

ekspertizanın təyin olunma qərarında bu öz əksini tapır. Əgər həmin 

məlumatlar dəqiqləşdirilməni tələb edirsə, ekspert müstəntiq 

(məhkəmə) qarşısında dəqiqləşdirilməsi tələb olunan sualların 

siyahısını  təqdim etməklə  vəsatət qaldıra və müstəntiqin icazəsi ilə 

dindirilmədə şəxsən iştirak edə bilər. 

Dindirilmə  şifahi yolla informasiya toplama vasitəsi olduğuna 

görə, sualların məzmununa, qısa və dürüst ifadə edilməsinə diqqət 

yetirmək lazımdır. Bu zaman ekspert dindirilmənin kriminalistik 

taktikasında istifadə olunan formal məntiq qaydalarına müvafiq 

tələbləri rəhbər tutmalıdır. Başlıca olaraq, yayındırıcı xarakter 

daşıyan suallardan yayınmaq lazımdır. Ekspertin sualları  məhkəmə-

tibbi ekspertizanın predmetinə aid olmalıdır.  

İstintaq edilən cinayətin növündən, ekspert qarşısında qoyulan 

vəzifələrdən, dindirilən  şəxsin prosessual statusundan (şübhəli, 

təqsirləndirilən  şəxs, müttəhim, zərərçəkmiş,  şahid) asılı olaraq, 

suallar işin müxtəlif hallarına, deməli, ekspert fəaliyyətinin 

predmetinin müxtəlif aspektlərinə  də toxuna bilər. Bunlar arasında 

əsas olanlar aşağıdakılardır: 

1. zədə yetirilmənin üsul və mexanizminin detalları (travmatoloji 

aspekt); 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin